Kurmanbek () – Mərkəzi Asiya, monqol, qazax və noqay xalqlarının tarixində "kalmık dövrü" kimi tanınan XV–XVIII əsrlər arasındakı tarixi hadisələrə, həmçinin Kurmanbek və Akkan kimi real tarixi şəxsiyyətlərin həyat yoluna əsaslanaraq formalaşmış epik əsər. Şərqi Türküstan (Qaşqar, Yarkənd, Karcar, Kambıl), Əfqanıstan, Əndican, Kokand, Axsi, Alay və Yassı bölgələri əsərin tarixi coğrafiyasını təşkil edir. Bu coğrafi əhatə Kurmanbekin tarixi şəxsiyyət olduğunu, yaşadığı dövrü, məskunlaşdığı əraziləri, qonşu xanlıqlarla qurduğu diplomatik əlaqələri və qalmaq feodalları ilə apardığı müharibələri tarixi faktlarla təsdiqləyir.

Dastan XVI əsrdə Tyan-Şan dağlarından monqol feodalları sıxışdırılıb çıxarıldıqdan sonra qırğız tayfaları Qaşqar ilə birbaşa əlaqələr qurmuşdur. XVII əsrin əvvəllərində kalmıkların təzyiqinin artması nəticəsində qırğız tayfaları Qaşqar, Turfan və Aksu şəhərlərindən köç edərək müxtəlif bölgələrdə məskunlaşmağa başlamışdır. Xüsusilə XVII əsrdə Qaşqar və Yarkənd xanlıqlarının ərazisində quşçu, çonbağış, qıpçaqlar, noyqut, teyit, bulğaçı, otuzuul və digər qırğız tayfaları dövlətin siyasi həyatında aktiv iştirak etmişdir. Bu tayfaların tarixi proseslərə təsiri Şah Mahmud Qorosun xronikalarında, Mir Xaləddinin "Hidayət" təlimində və digər yazılı mənbələrdə öz əksini tapmışdır.

Kurmanbek XV–XVII əsrlər arasında yaşamış tarixi şəxsiyyətdir. O, öz xalqının azadlığı uğrunda qalmaq feodallarına qarşı mübarizə aparmışdır. Xalq qəhrəmanının vətən yolunda fədakarlığı müasir nəsillərin cəsarət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. "Kurmanbek" eposu çoxvariantlılığı, daxili qüdrəti, ideyası və süjet xüsusiyyətləri ilə seçilən əsərlərdəndir. Variantlar bir-birindən müəyyən dərəcədə fərqlənsə də, əsərin daxili vəhdəti qorunub saxlanılmışdır. Bu fərqliliklər dastan deyənlərin (aytuuçu) bacarığı və bəlağətindən irəli gəlir.“Кыргыз Тарыхы. Энциклопедия”, Бишкек 2003. Мамлекеттик тил жана энциклопедия борбору. И.Арабаев атындагы Кыргыз мамлекеттик Педагогикалык университети. “Башкы ред. Ү.А. Асанов, жооптуу ред. А.А. Асанков”. “Ред кеңеш: Ө.Ж. Осмонов (төрага) Т.Н Өмүрбеков”.

Variantları Eposun variantlarına nəzər saldıqda, manasçı Moldobasan Musulmankulovun variantından 1923-cü il-də folklorşünas Kayum Miftakov tərəfindən 2500 misranın yazıya alındığı məlum olur. Qırğızıstan şairi Aalı Tokombayevin nəsr formasına saldığı variant isə 1924-cü il-də "Şolpan" adlı Qazaxıstan ədəbi jurnalında çap edilmişdir. Daha sonra, 1933-cü ildə şair Kalık Akiulunun variantından 5500 misra qeydə alınmışdır. 1956-cı il-də Tacikistanın Cərgətala rayon sakini T. Kalendarovdan eposun 360 misrası toplanmışdır. Bundan əlavə, şair Sarıkunan Dıykanbayevin, Adi Ömürəliyevin qeydləri və şair, folklorşünas Asanbay Jusupbekovun 19535 misradan ibarət həcmli əsəri eposun zəngin variantları sırasındadır.

Modernizasiyası İkinci Dünya müharibəsi illərində yazıçı Qasıməli Cantoşev dövrün tələblərinə uyğun olaraq eposu dramlaşdırmış və səhnəyə çıxarmışdır.

2001-ci ildə qeyd olunan Kurmanbek batırın 500 illik yubileyi ərəfəsində Oğanbəy Stambekov əsəri hər hansı ictimai quruluşa uyğunlaşdırmadan, öz versiyası ilə "Kurmanbek batır" tarixi dramını qələmə almış və bu əsər səhnələşdirilmişdir. Eposda hər şeydən üstün tutulan dostluq, həmrəylik və qəhrəmanlıq motivləri öz əksini tapmışdır.

"Kurmanbek" qırğız xalqının qəhrəmanlıq eposlarından biridir. Əsərin əsas mövzusu vətənin müdafiəsi, başlıca ideyası isə tayfa və xalq birliyinin qorunub saxlanılmasıdır. Eposdakı hadisələr cunqar dövrünə təsadüf edir. XIV əsrdə Qərbi Monqolustanda yaranan Cunqar dövləti Orta Asiyanın geniş ərazilərini işğal edərək sərt idarəçilik tətbiq etmişdir. XVI–XVIII əsrlərdə qırğız xalqı da oyrat-cunqar işğalçılarına qarşı mübarizə aparmış, onları ölkədən qovaraq torpaqlarını zülmdən azad etmişdir. Eposun ilk tədqiqatçılarından biri Q. Samarindir. Dastanın baş qəhrəmanı Kurmanbek real qəhrəman və xalq müdafiəçisidir. O, 16 yaşına çatdıqda 40 igidi ilə birlikdə qalmaqlardan qisas almaq üçün yola düşmüşdür.

Kurmanbek batırın xarakteri onun Qanışay ilə evlənməsi fonunda daha da dərinləşir. Kurmanbek patriarxal-feodal evlilik ənənələrini rədd edərək öz sevgisinin ardınca gedir. Kurmanbekin obrazını onun ömür-gün yoldaşı Qanışay tamamlayır. Qanışay qəhrəmanın sadiq dostu və etibarlı həyat yoldaşıdır. "Kurmanbek" dastanındakı mühüm personajlardan biri də Akkandır. O, qəhrəman kimi şöhrət qazanmasa da, xalqın qayğısına qalan, birliyi qoruyan, insaniyyətli yoldaş və mərhəmətli dost kimi təsvir olunur. Bu xüsusiyyətlər Kurmanbekin yaralandığı epizodda daha aydın görünür. Dastanda mənfi xislət və bədxahlıq Kurmanbekin atası Teyitbək xanın obrazında təcəssüm etdirilir. O, oğlunun qalmaqlara qarşı hücumuna mane olur və ən kritik məqamda "Teltoru" adlı atını verməyərək xəyanət edir. Bədxah Teyitbək eposun sonunda öz cəzasını alır.

"Kurmanbek" eposu əsasında A. Tokombayevin hekayəsi (1924-cü il), Q. Cantoşevin isə eyniadlı pyesi (1942-ci il) mövcuddur. "Kurmanbek" dastanı qaraqalpaq xalqının folklorunda da yer alır. Tədqiqatlarda Kurmanbekə tarixi şəxsiyyət kimi yanaşılır. 2002-ci ildə Kurmanbek batırın 500 illiyi qeyd olunmuş və Cəlalabad şəhərinin girişində "Kurmanbek – əsrlərin mirası" adlı memorial kompleks (təntənəli darvaza) inşa edilmişdir.

İstinadlar

Kateqoriya:Qırğızıstan ədəbiyyatı Kateqoriya:Epos