Kseniya Sıramalot (; ) — Belaruslu insan haqları fəalı və keçmiş siyasi məhbus. Belarus Dövlət Universitetində tələbə olarkən Belarus Tələbələr Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb, eləcə də "Vesna" insan haqları təşkilatında könüllü kimi fəaliyyət göstərib. Siramalot 2020-2021-ci illərdə Belarusda baş verən etirazlar zamanı həbs edilib və sonradan siyasi məhbus kimi tanınıb.
Həyatı Kseniya Sıramalot Belarus Dövlət Universitetinin Liseyində təhsil alıb. Yeniyetmə ikən yazdığı müxtəlif şeirlər və qısa hekayələr "Maladosts" aylıq mədəniyyət jurnalında dərc olunub.
Daha sonra o, Belarus Dövlət Universitetində fəlsəfə və sosial elmlər üzrə təhsilini davam etdirib. Orada Belarus Tələbə Assosiasiyası və "Vyasna" hüquq müdafiə qrupu ilə əməkdaşlığa başlayıb. 2020-ci il prezident seçkiləri ərəfəsində və seçkilər zamanı Belarus hökumətinə və Prezident Aleksandr Lukaşenkoya qarşı keçirilən kütləvi etirazlarda iştirak edib. 12 noyabr 2020-ci ildə Sıramalot öz evində həbs olunub. O, Belarus Cinayət Məcəlləsinin 342-ci maddəsi (ictimai qaydanı kobud şəkildə pozan qrup hərəkətlərinin təşkili və onlarda iştirak) ilə ittiham olunan on iki akademikdən biri idi. Sıramalot Minskdə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən idarə olunan "Amerikanka" həbsxanasında istintaq təcridxanasına yerləşdirildi. Noyabrın 23-də isə o, Pişçalauski qəsrinə (təcridxanasına) köçürülməsi baş tutdu.
18 noyabr 2020-ci ildə "Vesna", Belarus Jurnalistlər Assosiasiyası, Belarus Helsinki Komitəsi və Belarus PEN-in də daxil olduğu 15 Belarus hüquq müdafiə təşkilatı birgə bəyanat yayaraq Sıramalotu siyasi məhbus kimi tanıdı. 20 yanvar 2021-ci ildə 14 Ukrayna hüquq müdafiə qrupunun birgə bəyanatında Sıramalotun həbsinin davam etməsi qanunsuzluq və məcburi itkin düşmə kimi təsvir edildi. Avropa Parlamentinin Avstriyadan olan üzvü və Avropa Yaşıllar Partiyasının sədri Tomas Vaits Sıramalotu simvolik olaraq himayəyə götürdü. O, Kseniyanı və digərlərini "cəsarət və mərdliklərinə, dözümlülük və mətanətlərinə görə" təqdir etdi.
16 iyul 2021-ci ildə Minsk şəhərinin Savetski rayon məhkəməsi Sıramalotu iki il yarım müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Sıramalot özünü təqsirli bilməmişdi. O, cəzasını Qomeldəki 4 nömrəli qadın islah koloniyasında Alana Qebremariam və Yana Arabeyka kimi digər tələbə fəalları ilə birlikdə çəkib. Sıramalot 30 noyabr 2022-ci ildə həbsdən azad olunub. Syramalot was released from prison on 30 November 2022.
Tanınması 2021-ci ilin noyabrında Sıramalot Polina Şarenda-Panasyuk və Nikita Emelyanovla birlikdə Çexiya Respublikasının "Ədalətsizlik Hekayələri" (Stories of Injustice) mükafatına layiq görülüb.
İstinadlar
Xarici keçidlər Старонка Ксеніі Сырамалот на сайце Праваабарончага цэнтра «Вясна» Старонка Ксеніі Сырамалот на сайце беларускага ПЭН-Цэнтру Старонка Ксеніі Сырамалот на сайце Задзіночання беларускіх студэнтаў
Kateqoriya:Belarusda siyasi məhbuslar Kateqoriya:Belarusda "Vesna" İnsan Hüquqları Mərkəzi tərəfindən siyasi məhbus elan edilmiş şəxslər