Əl-Müsənna ibn Harisə ibn Sələmə ibn Dəmdam ibn Səd ibn Mürrə ibn Zöhl əş-Şeybani (; ) — Sasanilərə qarşı mübarizə aparmış İslam peyğəmbəri Məhəmmədin səhabəsi.

Bioqrafiyası Bənu Şeyban qəbiləsinə mənsubdur.

Onun hicri 9-cu (630) və ya 10-cu (631) illərdə müsəlman olduğu, islamı qəbul etdikdən sonra Bəhreyndəki döyüşlərdə iştirak etdiyi rəvayət edilmişdir.

Sasani tabeliyindəki bəzi qrupların Cənubi Ərəbistana gələrək buradakı ərəb qəbilələrinə təzyiqlər göstərməsindən narahat olan Müsənna ibn Harisə, Mədainə gedərək bölgədəki vəziyyəti Sasani hökmdarına şikayət etmişdir. Vəziyyətin dəyişmədiyini görən Müsənna, bölgədəki ərəb qəbilələri ilə birlikdə Sasanilərə qarşı mübarə aparmağa başlamışdır. Bölgədə vəziyyətin gərginləşdiyini görə Sasani hökmdarı Qubad bölgədəki müttəfiqlərin kömək tələb etmişdir. Bu dövrdə Əbu Bəkrdən kömək istəmək məqsədilə Mədinəyə gələn Müsənna ibn Harisə, onu Bənu Şeybanın lider kimi tanıyacağı təqdirdə Mədinə-islam dövlətinin (Raşidi xilafəti) sərhədlərinin qorunması üçün Sasanilərlə mübarizə aparacağını Əbu Bəkrə bildirmişdir. Sasaniləri Mədinə-islam dövlətinin sərhədlərindən kənarda saxlamağı planlaşdıran Əbu Bəkr də, bu təklifi qəbul etmiş və onu əmir təyin etmişdir. Bəzi rəvayətlərə görə isə Müsənna ibn Harisə İslamı məhz həmin gün, Əbu Bəkrin hüzurunda qəbul etmişdir. Bundan sonra o, İslamın yayılması üçün çalışmış, İraq, Küveyt və İran ərazidində aparılan hərbi əməliyyatlarda qardaşı Məsud ilə birlikdə iştirak etmişdir.

Sasanilərlə olan Körpü döyüşündə ağır yaralanan Müsənna ibn Harisənin səhhəti ağırlaşmış və bir müddət sonra vəfat etmiş etmişdir. Təbəri onun hicri 14-cü (635) ildə, Bəlazuri isə hicri 15-ci (636) ildə öldüyünü yazmışdır.

İstinadlar Kateqoriya:Səhabələr