thumb|"Kiçik şeytan"ın karikaturası
Kiçik şeytan' (; ; ) – xüsusilə İran liderləri tərəfindən İsrail üçün istifadə edilən antisionist təhqiredici epitet.
Amerika Birləşmiş Ştatları üçün istifadə olunan qarşılıqlı termin isə "Böyük şeytan"dır.
Etimologiya və tarixçə İran İmperiyası İslamı dövlət dini olaraq qəbul etdikdə, fars dili ərəb dilindən çoxsaylı sözlər mənimsəmişdir. Bu sözlərdən biri də şəyatin (شَيَاطِين) sözüdür ki, bu da öz növbəsində ərəb dilinə ivrit dilindəki "rəqib" və ya "düşmən" mənasına gələn śāṭān (שָׂטָן) sözündən keçmişdir.
Bəzi mənbələrə görə, İran inqilabının lideri Ruhullah Xomeyni bu termini müasir mənasında istifadə edən ilk şəxs olub. İsrailin Şahı dəstəkləməsi, ABŞ ilə sıx əlaqələri və davam edən İsrail–Fələstin münaqişəsi ilə bağlı çıxış edən Xomeyni, 1979-cu ildə İsraili "Kiçik şeytan" adlandıraraq pisləmişdir.
Qlazqo Herald kimi digər mənbələrə görə, Liviya polkovniki Müəmmər Qəddafi 1980-ci ilin iyul ayında "İsrail kiçik şeytandır" bəyanatını vermişdir.
İsrailin Baş naziri Benyamin Netanyahu, Amerika Birləşmiş Ştatlarına səfəri zamanı İran ritorikasına toxunaraq bu ifadədən istifadə etmiş və bildirmişdir ki: "Tehranı idarə edən mollalar üçün İsrail kiçik şeytan, Amerika isə böyük şeytandır."
Müasir istifadəsi Bu termin tez-tez İslamçı silahlılar tərəfindən döyüşçü toplamaq üçün, şiə müsəlmanları tərəfindən isə İsrailə qarşı nifrət yaymaq məqsədilə istifadə olunur. Eyni zamanda, bu ifadə müasir İran təbliğatında da geniş yer tutur.
İsrail-Livan sərhədi yaxınlığındakı Fatimə sərhəd qapısında insanların kiçik şeytanı (İsrail) və böyük şeytanı (Amerika Birləşmiş Ştatları) simvolik olaraq daşlaması üçün iki sütun ucaldılıb. Livanlıların İsrail əsgərlərinə daş atmaq əvəzinə, bu hərəkəti icra edəcəkləri ümid edilir. İranla eyni siyasi ideologiyaya sahib olan Hizbullah da İsraili həm "sionist quruluş", həm də "kiçik şeytan" adlandırır.
Təhlil Wall Street Journal-da yazan Zeev Maqenə görə: "İranın 'Böyük şeytan' və 'Kiçik şeytana' olan münasibətində gözardı edilməməsi gərəkən kritik bir fərq var; Onlar 'Amerikaya ölüm' və 'İsrailə ölüm' şüarlarını eyni coşğu ilə qışqırsalar da, taktik baxımdan 'Böyük şeytanın [...] böyük olduğunu' bilirlər."İsrailin Baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının Hökumət İslahatları Komitəsindəki çıxışında bildirmişdir ki, "militan İslamın əsgərləri" İsraili "hər zaman 'Böyük şeytan' olmuş və olacaq ölkədən aydın şəkildə fərqləndirmək üçün" 'Kiçik şeytan' adlandırırlar.
Həmçinin bax
Böyük şeytan İsrail 25 ildən sonra mövcud olmayacaq İran–İsrail münasibətləri
İstinadlar
Kateqoriya:İranın xarici siyasəti Kateqoriya:Siyasi şüarlar Kateqoriya:Ruhullah Xomeyni Kateqoriya:Antiimperializm Kateqoriya:Peyorativlər Kateqoriya:İdeologiyalarına görə terminologiya Kateqoriya:Antiatlantizm