Paşayevlər — Azərbaycanın siyasi və ziyalı ailəsi.
Üzvləri Mir Cəlal Paşayev Arif Paşayev. Mir Cəlal Paşayevin oğlu. Milli Aviasiya Akademiyasının rektoru. Aida İmanquliyeva. Arif Paşayevin həyat yoldaşı. Mehriban Əliyeva. Arif Paşayevin qızı. Azərbaycanın birinci xanımı (2003-indiyə qədər), Heydər Əliyev Fondunun prezidenti (2004-indiyə qədər), ISESCO-nun xoşməramlı səfiri (2006-indiyə qədər) və Azərbaycanın Birinci vitse-prezidenti (2017-indiyə qədər). Nərgiz Paşayeva. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti. Aida Mahmudova. Nərgiz Paşayevanın qızı. Hafiz Paşayev. Mir Cəlal Paşayevin oğlu. ADA Universitetinin rektoru. Aqil Paşayev. Mir Cəlal Paşayevin oğlu. Ədibə Paşayeva. Mir Cəlal Paşayevin qızı.
Dövlət xadimləri ŞəxsŞəkliTutduğu vəzifəDövlət/təşkilatMehriban Əliyevaframeless|100pxAzərbaycanın birinci xanımı (qeyri-rəsmi vəzifə, 2003-indiyə qədər)AzərbaycanHeydər Əliyev Fondunun prezidenti (2004-indiyə qədər)QHTUNESCO-nun Azərbaycanda Xoşməramlı səfiri (2004–2022)UNESCOISESCO-nun xoşməramlı səfiri (2006-indiyə qədər)ISESCOAzərbaycanın Birinci vitse-prezidenti (2017-indiyə qədər)Azərbaycan
Ədibin evi
200px|thumb|right|Mir Cəlal Paşayevə həsr edilmiş Azərbaycan poçt markası Ədibin evi muzeyi 2017-ci ildə Mir Cəlal Paşayevin yaşadığı İçərişəhərdəki binada açılmışdır. Yazıçı bu evdə 1920–1940-cı illərdə yaşamışdır. Paşayevin 109 illik yubileyi münasibətilə yazıçının ailəsi evi təmir etdirmişdir. Məhz bu evdə Mir Cəlal Paşayev "Bir gəncin manifesti", "Dirilən adam", "Füzuli sənətkarlığı" elmi əsərini və bəzi satirik hekayələrini yazıb.
2026-cı ildə Azərbaycanda kadr ehtiyatı bankının yaradılması üçün keçirilən "Yüksəliş" müsabiqəsinin finalçıları üçün "Ədibin Evində Yüksəliş" silsilə görüşləri keçirilməsi planlaşdırılmışdır. Müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər "Ədibin Evi"ndə azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və bu dəyərlərin idarəçilikdə rolu ilə bağlı müzakirələr aparacaqlar. 31 yanvar 2026-cı ildə keçirilən ilk görüş akademik Nizami Cəfərovun təqdimatında "Azərbaycan dilinin ideoloji əsasları" mövzusuna həsr edilmişdir. 2 mart 2026-cı ildə "Milli mətbuatın yaranması və sənaye diskursu" haqqında mühazirə keçirilmişdir.
21 aprel 2026-cı ildə Yüksəliş müsabiqəsi qalibləri ilə görüşdə Aqil Məlikov "Mir Cəlalla ədəbiyyat səhifələrinə" mövzusuna toxunmuşdur. Aqil Məlikov və muğam triosu Füzuli qəzəlləri ilə muğam parçalarını ifa etmişdir. Daha sonra Mir Cəlalın "Füzuli Sənətkarlığı" elmi əsəri professor Tərlan Quliyev tərəfindən şərh edilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Mir Cəlalın 1958-ci ildə nəşr edilmiş "Füzuli sənətkarlığı" əsəri Azərbaycan ədəbiyyatşünaslığında poetika məktəbinin əsasını qoyan fundamental tədqiqatlardan biri hesab edilir.
Həmçinin bax Paşa Holdinq PAŞA Bank Kapital Bank PAŞA Həyat Abşeron Otel Qrup Birmarket
İstinadlar
Kateqoriya:Azərbaycan cəmiyyəti Kateqoriya:Azərbaycanda siyasət Kateqoriya:Azərbaycanın elm və sənət ailələri Kateqoriya:Paşayevlər