Gurbulaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Gurbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Şaumyan kənd Sovetinin Şaumyan kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd Soveti Gurbulaq kənd Soveti adlandırılmışdır.
Toponimikası Oykonim ərazidəki gur sulu bulaqlarla bağlı yaranmışdır. Kəndi 1922-ci ildə Zəylik kəndindən çıxmış ailələr "Gurbulaq" adlanan yaylaq yerində salmışdır. Sovet dövründə kommunist dövlət xadimi Stepan Şaumyanın şərəfinə adı "Şaumyan" olaraq dəyişdirilmişdir. 1991-ci ildə isə kəndin keçmiş adı özünə qaytarılmışdır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993391761632009↗373↗201↗172
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Gurbulaq kənd kitabxana filialı, Gurbulaq kənd klubu fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Gurbulaq kənd tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Gurbulaq kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri