Marta Vladimirovna Barandi (; ) — Ukrayna əsilli Belçika siyasətçisi, Belçikanın "Voor U" partiyasından Avropa seçkilərində aparıcı namizəd, keçmiş fəal, hüquqşünas və "Promote Ukraine" təşkilatının təsisçisi.
O, Avromeydandan sonra Ukraynadakı geopolitik vəziyyətə həsr olunmuş çoxsaylı tədbirlərin təşkilatçısıdır. 4 ildən artıqdır ki, "Brussels Ukraina Review" jurnalının baş redaktorudur. Jurnalın 2021-ci ilin dekabrında işıq üzü görən 8-ci nömrəsində Rusiyanın Ukraynaya hücumu mövzusuna geniş yer verilmişdir. Avropa Parlamentinin və Avropa İqtisadi və Sosial Komitəsinin prezidentləri tərəfindən açılışı edilən və "Avropa Vətəndaş mükafatı"na (2022) layiq görülən Belçikadakı Ukraynaya və ukraynalılara kömək edən könüllülər komandasının koordinatorudur. Barandi, vətəndaş cəmiyyətinin dəstəklənməsi, habelə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. 2018–2021-ci illərdə Ukraynanın "Asters" hüquq firmasının Brüssel ofisinin rəhbəri olub. Münhen Ukrayna Azad Universitetinin qonaq mühazirəçisi və Brüsseldəki Ukrayna "Business Woman" jurnalının beynəlxalq əlaqələr üzrə direktorudur. Erkən həyatı və təhsili Marta Barandi 13 iyun 1984-cü ildə Ukraynanın Lvov şəhərində anadan olub.
Barandi, hüquq və beynəlxalq münasibətlər üzrə təhsilini tamamlayıb. Barandi 2005-ci ildə Lvovdakı İvan Franko adına Lvov Milli Universitetində "Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsinə yiyələnib. O, 2007-2008-ci illərdə Saarlənd Universitetinin (Almaniya) Avropa İnstitutunda "Avropa hüququ" üzrə əlavə magistr təhsilini alıb.
2009-2012-ci illərdə Saarlənd Universitetində "Beynəlxalq hüquq" üzrə doktorantura təhsilini tamamlayıb. Barandinin alman dilində yazdığı doktorluq dissertasiyası ingilis dilində "Sovereignty as a Remedy for the Securing of the Interests of States" (Dövlətlərin maraqlarının təmin edilməsi üçün Suverenlik bir çarə kimi) adlanır.Marta Barandiy. Souveraenitaet als Gewaehrleistung der Interessen der Staaten (PDF)
Karyerası Barandi peşəkar karyerasına 2004-cü ilin iyulunda Brüsseldə, Avropa Parlamentində təcrübəçi-məsləhətçi kimi başlayıb. O, 2007-ci ildə Brüsseldə, Ukraynanın Avropa İttifaqı yanındakı Nümayəndəliyində təcrübəçi kimi fəaliyyətini davam etdirmiş, diplomatların çıxışlarını hazırlamış və Aİ-Ukrayna münasibətləri üzrə tədqiqatlar aparmışdır.
Barandi 2012-ci ilin oktyabrında Gentdə (Belçika) "Volvo Group" şirkətində çalışmışdır. "Promote Ukraine" təşkilatı 2014-cü ilin mayında Brüsseldə, Ukraynadakı Ləyaqət inqilabı zamanı Barandi "Promote Ukraine" (Ukraynanı təbliğ et) adlı qeyri-hökumət təşkilatının əsasını qoydu. Bu təşkilat vətəndaş cəmiyyətini dəstəkləmək, insan hüquqları və azadlıqlarını təşviq etmək, siyasi və iqtisadi inkişafa kömək etmək, habelə Avropa İttifaqı siyasətçiləri qarşısında Ukraynanın mənafelərini müdafiə etmək məqsədini daşıyır.
O, Ukrayna haqqında Avropa nəşri olan və ayda bir dəfə işıq üzü görən "Brussels Ukraine Review" jurnalının baş redaktoru da olub. Jurnal ukrain, ingilis və bir neçə digər Avropa dillərində dərc edilir.
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri "Promote Ukraine" yüzə yaxın aktivisti bir araya gətirməyə müvəffəq olmuşdur. Daimi məkan çatışmazlığı problemi Avropa Parlamentinin sədri Roberta Metsolaya ünvanlanan və bu sahəyə olan ehtiyacı əks etdirən məktub vasitəsilə həll edilmişdir. Dəstəklənən bu təəşəbbüs nəticəsində 17 mart 2022-ci ildə Brüsselin Avropa məhəlləsində yerləşən binanın (Ukrayna Vətəndaş Cəmiyyəti Mərkəzi) açarları təşkilata verilmişdir. 2022-ci ilin martından etibarən bu mərkəz Avropa Parlamenti və Avropa İqtisadi və Sosial Komitəsi tərəfindən dəstəklənir. Hər iki qurumun sədrləri — Roberta Metsola və Krista Şvenq — təşkilatın Ukraynaya və ukraynalılara kömək etmək, eləcə də Ukraynanın Aİ-dəki gələcəyini hazırlamaq istiqamətindəki səylərini yüksək qiymətləndirirlər. Nəticədə "Promote Ukraine" könüllü koordinasiya mərkəzi "Promote Ukraine Hub"a çevrilib.
Xüsusilə, "Promote Ukraine" təşkilatının fəaliyyəti 2022-ci ildə yüksək qiymətləndirilmiş, həmin il təşkilat Avropa Parlamenti tərəfindən təsis edilən fəxri "Avropa Vətəndaşı mükafatı"na layiq görülmüşdür.
Vəkillik fəaliyyəti "Asters" Ukrayna hüquq firmasının məsləhətçisi kimi o, şirkətin 2018-ci ilin noyabrında fəaliyyətə başlamış Brüssel ofisinə rəhbərlik edib. O, 2021-ci ilə qədər "Asters" Ukrayna hüquq firmasında çalışıb.
Kitabları Marta Barandiy. Europäische Integration der Ukraine und Souveränität (AV Akademikerverlag, 2012) Marta Barandiy. Souveränität als Gewährleistung der Interessen der Staaten: Völkerrechtliche und europarechtliche Aspekte (Peter-Lang-Verlagsgruppe, 2012) İstinadlar
Xarici keçidlər
Marta Barandiy on the Ukraine Democracy Initiative Марта Барандій on the «Mind.ua» Марта Барандій on Facebook Марта Барандій on YouTube