Esra Ərdoğan Albayrak (14 oktyabr 1983, İstanbul) — Türkiyə Respublikasının 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Əminə Ərdoğanın qızı, Berat Albayrakın həyat yoldaşı.Esra Erdoğan Bioqrafiya

Haqqında Ailəsi Esra Ərdoğan 14 oktyabr 1983-cü ildə İstanbulda anadan olub. Atası Rəcəb Tayyib Ərdoğan, anası Əminə Ərdoğandır. İki qardaşı bir bacısı var: Əhməd Burak, Nəcməddin Bilal və Sümeyyə Ərdoğan.

İlk illəri və təhsili Esra Ərdoğan ilk təhsilini İstanbul Kadıköy İmam Hatip Liseyində alıb. Liseyi bitirdikdən sonra ABŞ-ya gedir və orada İndiana Universitetinə daxil olur.Esra Erdoğan Yazıları 2003-cü ildə universiteti bakalavr təhsili ilə bitirir. Bundan dərhal sonra Berkli Kaliforniya Universitetində təhsilini davam etdirir və buradan magistr dərəcəsi alır. 2014-cü ildə eyni universitetdə Sosiologiya üzrə doktorluq dərəcəsini tamamlayır."Esra Erdoğan Albayrak'ın bilinmeyen portresi". ABŞ-da təhsilini başa vurduqdan sonra Türkiyəyə qayıdır.

Şəxsi həyatı Esra Ərdoğan 2004-cü ildə İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres Sarayında yazıçı Sadık Albayrakın oğlu Berat Albayrakla ailə həyatı qurur."ESRA ERDOĞAN VE BERAT ALBAYRAK EVLENDİ!..." İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaşın idarə etdiyi nikah mərasimində İordaniya kralı Abdullah, Pakistan Prezidenti Pərviz Müşərrəf, Rumıniyanın Baş naziri Adrian Nastase, Yunanıstanın Baş naziri Kostas Karamanlis, TBMM sədri Bülənt Arınc və Türkiyənin Xarici İşlər naziri Abdullah Gül iştirak etmişdir. Berat Albayrakla Esra Ərdoğan Albayrakın dörd övladı var: Əhməd Akif, Əminə Mahinur, Sadık Eymən və Həmzə Salih.

Sosial fəaliyyətləri Esra Ərdoğan atası Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qurulan TÜRGEV (Türkiyə Gənclik və Təhsil Vəqfi) və Yaşilay cəmiyyətininYönetim Kurulu idarə heyətinin üzvüdür. O, 2010-cu ildə Ümraniye Bələdiyyəsi tərəfindən həyata keçirilən və məktəbə və ya oxuma-yazma kurslarına gedə bilməyən əlillərə evdə təhsil verən “Biz Könüllüyük, Öyrədirik” kampaniyası çərçivəsində müəllimə kimi könüllü işləyib və əlil qızlara əlifbanı öyrədib."Mektubu senin sayende yazdım Esra öğretmenim"

İstinadlar

Xarici keçidlər Insraqram

Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyənin qadın siyasətçiləri Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:İndiana Universitetinin məzunları Kateqoriya:Prezidentlərin övladları Kateqoriya:Rəcəb Tayyib Ərdoğan Kateqoriya:Türkiyə qadınları