Azərbaycanın Çindəki səfirliyi — Azərbaycan Respublikasının Çin Xalq Respublikasında diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Çin Respublikasında təmsil edir.
Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2023-cü il tarixli Sərəncamı ilə Bünyad Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
17 aprel 2025-ci ildə Çin Xalq Respublikasının Azərbaycanda Fövqəladə və səlahiyyətli səfiri Lu Mey etimadnaməsini Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Tarixi Azərbaycanın müstəqilliyi Çin Xalq Respublikası tərəfindən 27 dekabr 1991-ci ildə tanınmışdır.
2 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
1992-ci ilin avqustunda Bakıda Çin Xalq Respublikasının səfirliyi açılıb.
Azərbaycan Respublikasının Çindəki səfirliyi 1993-cü il sentyabrın 3-də Pekində açılıb.
Parlamentlərarası əlaqələri Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az
Ümumçin Xalq Nümayəndələri Məclisində ikitərəfli işçi qrupu fəaliyyət göstərir.
Azərbaycanın Cindəki səfirləri Səfir Müddət başlanğıcı Müddətin sonu Tamerlan Qarayev 3 sentyabr 1993Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirinin təyin edilməsi və səfirliyin fəaliyyətinin təşkili haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 7 may 2001T. Y .Qarayevin Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Yaşar Əliyev 26 iyul 2002 16 avqust 2011 Lətif Qəndilov 2011L. S. Qəndilovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı — e-qanun.az 2016 Əkrəm Zeynallı 19 iyul 2017 29 avqust 2023Bünyad Hüseynov 29 avqust 2023
Viza Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb.Çinə Vizasız Səyahət Azərbaycan vətəndaşları Çin Xalq Respublikasına vizasız səyahət edə bilər. Çinə vizasız rejim 30 günə qədər qısa müddətli turizm, ailə ziyarəti və işgüzar səfərlər üçün keçərlidir. Bununla belə, uzunmüddətli təhsil, iş və ya yaşayış məqsədli səfərlər üçün hələ də viza tələb olunur və bu halda Çin səfirliyinə viza prosedurları üçün müraciət etmək lazımdır.
Çin Xalq Respublikasının vətəndaşları Azərbaycan ərazisində 15 gündən artıq olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.Azərbaycan Respublikası və Çin Xalq Respublikası vətəndaşlarına vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin məlumatı
Ümumvətəndaş pasportuna malik Çin Xalq Respublikasının vətəndaşları Azərbaycanda 30 gün ərzində vizasız qala bilərlər. Lakin ölkə ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti, təhsil, media fəaliyyəti və ya digər xüsusi fəaliyyətlərlə məşğul olmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.
Tələb olunana sənədlər: Pasport Geri dönüş bileti Otel rezervasiyası Maliyyə vəsaitinin sübutu
İstinadlar
Xarici keçidlər Azərbaycandaki Çinin səfirliyi rəsmi sayti Çindaki Azərbaycanin səfirliyi rəsmi sayti
Kateqoriya:Azərbaycanın Çindəki səfirləri Kateqoriya:Azərbaycan–Çin münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Çinin xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Çinin ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri