thumb|346x346px| Fyodor Dostoyevski - İdiot (1867-1869) "Dünyanı gözəllik xilas edəcək"- İdiot romanından götürülmüş məşhur ifadədir. Bu sözləri əsərin beşinci hissəsinin üçüncü bölməsində 18 yaşlı İppolit Terentyev deyir və o, bunu knyaz Mışkinin sözlərinə istinad edərək (Nikolay İvolgin vasitəsilə eşitdiyini bildirərək) söyləyir: "Doğrudurmu knyaz, siz bir dəfə demişdiniz ki, dünyanı "gözəllik" xilas edəcək? Cənablar!-o (İppolit) ucadan qışqırdı-knyaz iddia edir ki, dünyanı gözəllik xilas edəcək! Mən isə deyirəm ki, onun belə oynaq fikirləri ona görədir ki, o, indi aşiqdir. Cənablar, knyaz aşiqdir! Az əvvəl içəri girəndə buna əmin oldum. Qızarmayın, knyaz, yoxsa sizə yazığım gələr. Hansı gözəllik dünyanı xilas edəcək? Bunu mənə Kolya danışıb... Siz dindar xristiansınız? Kolya deyir ki, siz özünüzü xristian adlandırırsınız.

Knyaz ona diqqətlə baxdı, amma cavab vermədi.

-Fyodor Dostoyevski, İdiot (1868)

Knyaz Mışkin bu formada gözəllik haqqında birbaşa müzakirə aparmır və yalnız bir dəfə Nastasya Flippovna haqqında onun yaxşı insan olub-olmadığını qeyd edir:"Ah, kaş ki, o yaxşı olaydı! Onda hər şey xilas olardı!"

"İdiot" romanının kontekstində bu ifadə əsasən daxili gözəlliyin gücü kimi izah olunur. Yazıçının özü də bu fikri belə şərh etməyi təklif edirdi. O, roman üzərində işləyərkən şair və senzura işçisi Appolon Maykova yazdığı məktubda məqsədinin "tamamilə gözəl insan" obrazı yaratmaq olduğunu bildirirdi. (burada knyaz Mışkin nəzərdə tutulur). Romanın qaralamalarında isə belə bir qeyd var: "Dünyan gözəlliklə xilas olacaq. Gözəlliyin iki nümunəsi." Bundan sonra müəllif Nastasya Filippovnanın gözəlliyi haqqında düşünür. Dostoyevski üçün həm daxili (ruhi) gözəlliyin, həm də xarici görünüşün xilasedici gücünü qiymətləndirmək vacib idi.

Dostoyevskinin "İdiot" romanı gözəlliyə, onun həyatdakı missiyasına və acı aqibətinə həsr olunmuşdur. O, romanın məqsədini belə izah edirdi: "Romanın əsas ideyası müsbət gözəl insan təsviridir. Dünyada bundan çətin heç nə yoxdur, xüsusilə də indi. Bütün yazıçılar, təkcə bizimkilər deyil, hətta bütün Avropa yazıçıları, müsbət gözəlliyi təsvir etmək istəməyənlərin hamısı daim təslim olmuşlar. Çünki bu, hədsiz bir məsələdir. Gözəllik idealdır, ideal isə-nə bizimki, nə də sivil Avropanınki-hələ yaranmamışdır".

Dostoyevski Knyaz Mışkin obrazını, yəni ideal insan obrazını yaratmağa başlayanda gözləri önünə iki obraz gəlirdi. Onlardan biri İsa,digəri isə Don Kixot idi. Onun qəhrəmanı mənəvi-ruhi kamillik mücəssəməsi olaraq İsa qədər mərhəmətli, az qala müqəddəsdir, lakin real həyatda o, Don Kixot qədər gülüncdür. Dostoyevskinin qəhrəmanını bu cür təsvir etməsində məqsəd mühit, cəmiyyət və insanların bu ali saflığı, bu ideallığı dərk edə və dəyərləndirə bilməməsidir. Məhz naqis cəmiyyətin fonunda ideal insan gülünc vəziyyətə düşür, gözəllik faciələrə düçar olur.

Fyodor Dostoyevski gözəllik anlayışını izah edərkən alman filosofu İmmanuel Kant ilə eyni mövqedə çıxış edir. Kant "daxilimizdəki əxlaq qanunu"ndan danışaraq deyirdi ki, "gözəl olan-mənəvi yaxşılığın simvoludur."

Dostoyevski bu ideyanı digər əsərlərində də inkişaf etdirir:

"İdiot"da: "dünyanı gözəllik xilas edəcək" deyirsə, "Cinlər" (1872) romanında belə nəticəyə gəlir: "çirkinlik öldürəcək..." "Karamazov qardaşları" (1880) romanında isə qəhrəmanlar yenidən gözəlliyin gücündən bəhs edirlər.

Mitya artıq gözəlliyin xilasedici gücünə şübhə etmir-o, hiss edir ki, gözəllik dünyanı yaxşılaşdıra bilər. Amma eyni zamanda onun dağıdıcı gücü də var. Qəhrəmanın əzabı isə ondadır ki, yaxşı ilə pis arasındakı sərhədin haradan keçdiyini anlaya bilmir.

İstinadlar

Kateqoriya:Rus dilində sözlər və ifadələr