Altan Ağişıq () - Türkiyəli aktyor və rejissor. Qurtlar Vadisi adlı televiziya serialında canlandırdığı Doğu Eşrefoğlu obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.
Həyatı və Fəaliyyəti Əslən Malatyalı olan və Ankarada anadan olan Ağişıq ibtidai təhsilini Balıkesirdə almışdır. Orta təhsilini isə İstanbulda yerləşən Haydarpaşa Liseyində başa vurmuşdur. Gənclik illərində teatrla yanaşı boksla da fəal şəkildə məşğul olmuşdur. Lisey illərində teatra maraq göstərməyə başlayan Akışık 1962-ci ildə dostları ilə birlikdə Kadıköydə yaratdıqları “Deney Sahne”də müxtəlif tamaşalar səhnələşdirmişdir.
İstanbul Universiteti Gənclik Teatrında fəaliyyət göstərən Ağişıq burada “Duvarların Ötesi” (1965) və “Ayakta Durmak İstiyorum” tamaşalarını həm quruluş vermiş, həm də bu tamaşalarda rol almışdır. Sonuncu tamaşa İtaliyanın Parma şəhərində keçirilən festivalda “ən yaxşı kollektiv” mükafatına layiq görülmüşdür.
1963-cü ildə Abdurrahman Palay Teatrında peşəkar aktyor kimi fəaliyyətə başlamış, daha sonra isə sonradan “Karınca Tiyatrosu” adını alan Dost Oyuncuları kollektivində 1966-cı ilə qədər çalışmışdır. 1968-ci ildə İstanbul Universiteti Tələbə Birliyinin Gənclik Teatrında səhnələşdirdiyi “Büyük Otmarlar” tamaşası Sürixdə keçirilən universitetlərarası müsabiqədə Avropa birinciliyini qazanmışdır.
Daha sonra Ayfer Feray–Nisa Serezli Teatrında, Pisi Pisi Kabare Teatrında və Üç Maymun Kabare Teatrında aktyor kimi çıxış etmişdir. 1970-ci ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. Həmçinin TRT üçün hazırlanan “Mehmet Akif” sənədli filmində də çalışmışdır. Teatr mühitində yaxşı tanınan sənətçilərdən biri olan Akışık, 2003–2005-ci illərdə rol aldığı “Qurtlar Vadisi” serialında canlandırdığı Doğu Eşrefoğlu obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.
O, həmçinin 2006-cı ildə Memet Baydurun “Yeşil Papağan Limited” əsəri ilə fəaliyyətə başlayan Yalova Bələdiyyəsi Şəhər Teatrının qurucu rejissoru olmuşdur.
Filmoqrafiayası 2017: Bir Annenin Feryadı 2016: Somuncu Baba: Aşkın Sırrı 2013: İmbatla Dol Kalbim – səsləndirmə 2012: Sübhün Səfiri 2012: Ayaz 2012: Atatürk'ün Fedaisi Topal Osman 2010: Sultanın Sırrı 2010: Maskeli Balo – TV serialı 2010: Konstantin'in Şifreleri – TV serialı 2010: Herkes mi Aldatır? 2008: Dantel – TV serialı 2008: Adanalı – TV serialı 2007: Zincirbozan 2005: Cumbadan Rumbaya – TV serialı 2005: Beşinci Boyut – TV serialı 2005: Belalı Baldız – TV serialı 2003–2005: Qurtlar Vadisi – TV serialı 2000: Üvey Baba – TV serialı 1996: Kurtuluş – TV serialı 1994: Gayret / Ebül Vefa Hz. – TV serialı 1994: Ateşin Teslim Olduğu Gün / Maruf-i Kerhi Hz. – TV serialı 1993: İslam ve Ekoloji – anlatıcı 1993: İskilipli Atıf Hoca / Kelebekler Sonsuza Uçar 1993: Tatlı Betüş – TV serialı 1991: Yalnızlar – TV serialı 1990: Topkapı 1990: Sevdiğim Adam – TV serialı 1990: Minyeli Abdullah 2 1989: Sahibini Arayan Madalya 1987: Su Perisi Kayıklar – TV filmi 1986: Ölümünün Ellinci Yılında Mehmet Akif Ersoy – TV serialı 1986: Duvardaki Kan – TV serialı 1984: Parkta Bir Sonbahar Günüydü – TV serialı
Mənbələr
Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları