Mark Lukiç Kropivnitskiy (; ) — ukraynalı yazıçı, dramaturq, bəstəkar, teatr aktyoru və rejissoru. Karyerası ərzində Kropivnitskiy 40 pyes yazmış, 500-dən çox rol ifa etmiş, həmçinin bir neçə mahnı bəstələmişdir.Today is the birthday of the founder of Ukrainian Theatre Marko Kropyvnytskyi (Сьогодні – День народження фундатора українського театру Марка Кропивницького). Newspaper "Den". 7 May 2013Kropyvnytskyi, I. Ukrainian Shakespeare (Український Шекспір). Newspaper "Den". 20 May 2010.
1875-ci ildə Teofiliya Romanoviç tərəfindən "Ruska Besida" teatr cəmiyyətinə dəvət edilmişdir, nəticədə ilk peşəkar Ukrayna teatrı olan "Ruska Besida Teatrı"nın banilərindən biri olmuşdur.Revutsky, V. Marko Kropyvnytsky . Encyclopedia of Ukraine Erkən həyatı Marko Lukiç Kropivnitskiy 7 may 1840-cı ildə Rusiya imperiyasının o dövrkü Xerson quberniyasının Bejbayraki kəndində (hazırda Kropivnitski), zadəgan Luka İvanoviç və Kapitolina İvanovnanın (qızlıq soyadı Dubrovinska) ailəsində dünyaya göz açmışdır.Shepel, L.F., Gruzin, D.V. Marko Kropyvnytskyi . Encyclopedia of History of Ukraine Karyerası 1862-ci ildə Kropivnitskiy Kiyev Universitetinin Hüquq fakültəsinin dərslərinə qatılır. Kiyev teatrında izlədiyi bir melodramdan dərindən təsirlənən Kropivnitskiy, "Mikita Starostenko, yaxud fəlakətin necə gələcəyini bilməzsən" ( adlı pyesini yazdı. Sonradan bu əsərini təcrübəsiz bir nümunə kimi tənqid etmişdi. Hazırda bu pyes çoxsaylı düzəlişlərdən keçmiş variantı ilə tanınır. Kropivnitskiy müxtəlif səbəblərdən təhsilini tamamlaya bilməsə də, xüsusilə kitabxananın olduğu Elisavetqrada köçdükdən sonra, fəaliyyətini genişləndirdi. Orada, Robert Ouen, Con Stüart Mill, Uilyam Şekspir, Lord Bayron, İohann Volfqanq Göte, Henrix Heyne, Aleksandr Düma, Jorj Sand və Uilyam Meykpıs Tekkerey kimi yazıçıların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazandı.
1871-ci ildə Kropivnitskiн peşəkar aktyorlar truppasına qoşularaq, Odessada Qraf Morkovun şirkətində işləməyə başladı. Rusiya teatr truppasında on ildən artıq vaxt keçirərək böyük teatr təcrübəsi qazandı.
1872-ci ildə Odessanın "Novorossiysk Teleqraf" qəzetində Kropivnitskiyin iki musiqili komediyası: "Barışmışlar" və "Yetimi Allah qoruyar, yaxud Gözlənilməz təklif" dərc olundu.
1875-ci ildə Qalisiyaya, "Rutenskaya beseda" teatr truppasının aktyoru və rejissoru kimi Kropivnitskiy qastrola getmişdi. Korifey Teatrının yaradılması
1881-ci ildə Ukrayna teatrına qoyulan qadağa ləğv edildi. Bir çox məhdudiyyət və ixtisarlara baxmayaraq, Kiyev, Xarkov və Odessada Ukrayna truppaları yarandı. Lakin bu truppalar səhnə sənətində köklü dəyişikliklər axtarışında olan Kropivnitskiyi qane etmirdi. 1882-ci ildə o, öz truppasını təşkil edən Kropivnitskiyin truppası təxminən bir il sonra, Mixaylo Staritskinin truppası ilə birləşdi və Marko Kropivnitskiy orada aparıcı rejissor oldu. Beləliklə, Ukrayna peşəkar teatrı tarixində yeni bir dövr başladı. Kropivnitskiyin truppasında Mariya Zankovetska, Mikola Sadovski, sonralar isə M.Sadovska-Barilotti, Panas Saksaqanski və İvan Karpenko-Karı kimi bir çox məşhur aktyorlar çıxış edirdilər.
Kropivnitskiy yaradıcılığının ilk illərində əsasən komediya janrında: "Barışmışlar" (1869), "Yetimi Allah qoruyar və ya Gözlənilməz təklif" (1871), "Aktyor Sinitsa" (1871), "Təftiş" (1882), "Bığ" (1885) və başqa əsərlərini yazmışdı. Sonrakı dövr 1890-cı illərdə əsərlərini "şəkillər" adlandıran Mark Kropivnitskiyin "Kənd hərəkatından şəkillər"inə ("Konon Blıskaviçenko", 1902; "Çətin gün", 1906, "Qoca qadın və gənc tumurcuqlar", 1908) və digər əsərləri daxildir.
Ömrünün son illərində, səhhəti ilə əlaqədar olaraq xutorda məskunlaşsa da, Kropivnitskiy tez-tez teatr tamaşalarında iştirak etmək üçün səfərlərə çıxır və pyeslər yazırdı. O, kəndlilər üçün məktəb təşkil edir, xalq motivləri əsasında uşaqlar üçün iki pyes ("İvasik-Telesik", "Sehrli çubuq") yazır və onların xutorda səhnələşdirilməsi üzərində işləyirdi.
Kropivnitskiy 21 aprel 1910-cu ildə qastrolda olduğu Odessadan qayıdarkən yolda vəfat edir. O, Xarkovda dəfn olunur.
İrsi
2016-cı ilin iyul ayında Kirovoqrad şəhəri onun şərəfinə Kropivnitski adlandırılmışdır.Sweeping out Soviet past: Kirovohrad renamed Kropyvnytsky , UNIAN (14 July 2016)Profile Committee of the Council decided on a new name for Kirovohrad , Ukrayinska Pravda (31 March 2016)Goodbye, Lenin: Ukraine moves to ban communist symbols , BBC News (14 April 2015) Verkhovna Rada renamed Kirovograd , Ukrayinska Pravda (14 July 2016)
2008-ci ildə Markın nəvəsi İqor Kropivnitskiy onun haqqında demişdir: "Mark Kropivnitskiy çətin şəraitdə yaradılan peşəkar teatr uzun illər əsarət altında olmuş millətin mədəni dirçəlişinin əsas mənbələrindən biri olmuşdur. Nəzərə alsaq ki, həmin dövrdə həmvətənlərimizin çoxu savadsız idi və Taras Şevçenko, Marko Vovçok, İvan Franko və digər Ukrayna yazıçılarının şeir və hekayələrini oxuya bilmirdilər. Mark Kropivnitskiy Teatrı nəinki Ukrayna mədəniyyətinin gələcək inkişafına böyük təkan verdi, həm də ukraynalıların həyatında mühüm ictimai-siyasi rol oynayaraq, sonrakı illərdə müstəqil Ukrayna dövlətinin əsas mənəvi təməllərdən birinə çevrildi".
İstinadlar
Xarici keçidlər
Revutsky, V. Marko Kropyvnytsky. Encyclopedia of Ukraine Kropyvnytskyi, I. Father of the Ukrainian Theatre (Батько українського театру). Newspaper "Den". 22 May 2008. Kropyvnytskyi, I. A concert in the middle of the steppe (Концерт серед степу). Newspaper "Den". 15 January 2009. Kropyvnytskyi, I. Ukrainian Shakespeare (Український Шекспір). Newspaper "Den". 20 May 2010. Mushtenko, S. Time of coryphées (Час корифеїв). Newspaper "Den". 14 December 2007.
Kateqoriya:Ukrayna bəstəkarları Kateqoriya:Rusiya imperiyasının bəstəkarları Kateqoriya:Şəxslər:Kirovoqrad vilayəti