Olqa Petrovna Kosaç-Krivinyuk (; ) — ukraynalı yazıçı, tərcüməçi və həkim.
"Prosvita" mədəniyyət hərəkatının üzvü kimi o, Olena Zirka təxəllüsü ilə rus, fransız və ingilis ədəbiyyatını ukrain dilinə tərcümə edərək Ukrayna ədəbi ənənəsinin qurulmasında böyük rol oynamışdır. Bacısı, şairə Lesya Ukrainkanın həyat və yaradıcılığını sənədləşdirmək istəyi, ölümündən sonra, 1970-ci ildə geniş xronologiyada nəşr olunmuşdur. Erkən həyatı Olqa Kosaç 1877-ci ildə Novoqrad-Volinski şəhərində (o vaxt Rusiya imperiyasının tərkibində idi; indiki Zvyagel, Ukrayna) anadan olub. Yazıçı, ictimai xadim Olena Pçilka ilə Petro Kosaçın qızıdır. Bacı-qardaşı Lesya Ukrainka və Mixaylo Kosaç da tanınmış yazıçı və ictimai xadimlər olublar.
Kiyevdə qızlar məktəbində təhsil alan Kosaç, 1897-ci ildə məzun olub. O, həmçinin Kiyevdə yaşadığı müddətdə bazar günü məktəbində də dərs deyib. Sankt-Peterburqda təhsil illəri Həkim olmaq üçün Sankt-Peterburqa gedən Kosaç 1899-1903-cü illərdə Sankt-Peterburq Qadın Tibb İnstitutunda (hazırkı Akademik İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti) təhsil almışdır.
Orada yaşadığı illərdə tərcüməçilik et, ukraynalı romançıların əsərlərini "Həyat" jurnalı üçün rus dilinə tərcümə etmişdir. Həmçinin, Sankt-Peterburqdakı Ukrayna tələbə icmasının fəal iştirakçılarından olmuşdur. Məhz bu gizli cəmiyyətdəki fəaliyyətinə görə o, həbs olunmuşdur.
Milli baxışları ilə yanaşı, Kosaç qadınların hüquq və imkanlarının genişləndirilməsini müdafiə edən feminist idi. 1904-cü ildə tibb institutunu bitirdikdən sonra Mixaylo Krivinyuk ilə ailə qurub. Kilsə nikahını qadınları alçaldan bir qayda hesab edən Krivinyuk, kilsədə nikah kəsdirməkdən imtina edir.
Kiyev və Lotsmanska Kamyankadakı həyatı
Həyat yoldaşı ilə birlikdə Praqaya köçən Kosaç-Krivinyukun övladı 1906-cı ildə orada dünyaya gəldi. Qısa müddətdən sonra, oğlu ilə birlikdə Kiyevə köçsə də, yoldaşı Praqada qaldı. Onlar daha sonra yenidən bir araya gəlsələr də, 1931-ci ildə həbs olunan həyat yoldaşı Lukyanivska həbsxanasında işgəncələrə məruz qaldı və sonradan sürgündə vəfat etdi.
Kiyevdə yaşadığı müddətdə Kosaç-Krivinyuk "Prosvita" Ukrayna mədəniyyət hərəkatının fəal iştirakçısı olub. 1910-1922-ci illərdə, indiki Dnepr şəhəri yaxınlığındakı Lotsmanska Kamyanka qəsəbəsində zemstvo həkimi kimi çalışaraq kəndlərdə pulsuz tibbi xidmət göstərmişdir. Orada yaşadığı müddətdə o, həmçinin uşaqlar evinə rəhbərlik etmiş və ukrain dilini tədris etmişdir. Eyni zamanda ədəbi fəaliyyətlə də məşğul olan Kosaç-Krivinyuk bacısı Lesya Ukrainkanın bir neçə əsərini nəşr etdirmiş, Olena Zirka təxəllüsü ilə Viktor Hüqo, Jorj Sand, Redyard Kiplinq və Çarlz Dikkens kimi müəlliflərin əsərlərini ukrain dilinə tərcümə etmişdir. Onun fəaliyyəti Ukrayna İstiqlaliyyət müharibəsi illərində, xüsusilə Ukraynanın ədəbi ənənəsi və milli kimliyini formalaşdırmağa yönəlmişdi.
Ukrayna xalq sənəti, xüsusən də vaxtilə anasının da maraq dairəsində olan tikmə sənəti ilə yaxından maraqlanıb. Müəllifin 1928-ci ildə işıq üzü görmüş “Ukraïns'ki narodni vzory z Kyïvshchyny, Poltavshchyny, i Katerynoslavshchyny” ("Kiyev, Poltava və Katerinoslav bölgələrinin Ukrayna xalq naxışları") adlı kitabını öz şəxsi tikmə kolleksiyası əsasında hazırlamışdı.
Lotsmanska Kamyankada yaşadığı illərdə, 1920-ci ildə onun daha bir oğlu dünyaya gəldi. 1924-cü ildə Kiyevə qayıtdıqdan sonra, ukrayna dili müəllimi, həmçinin tibb kitabxanasında kitabxanaçı kimi də çalışdı.
Kosaç-Krivinyukun əsərləri ömrü boyu "Zorya", "Dzvinok" və "Moloda Ukraina" kimi jurnallarda dərc edilmişdir. Onun yaradıcılığına ailəsi haqqında memuarlar da daxil idi. Xüsusilə ömrünün son illərində bütün zamanını 1913-cü ildə vəfat etmiş bacısı Lesya haqqında materiallar arxivinin toplanmasına və öyrənilməsinə həsr etmişdir. Bu fəaliyyətinin nəticəsi olan "Lesya Ukrayinka: Həyat və yaradıcılığının xronologiyası" (Lesya Ukraïnka: Khronolohiia zhyttia i tvorchosty) adlı əsəri 1970-ci ildə, müəllifin ölümündən sonra işıq üzü görmüşdür.
Sürgün edilməsi və ölümü İkinci Dünya müharibəsi zamanı, 1944-cü ildə Kosaç-Krivinyuk ailə arxivinin qorunub saxlanılması üçün ədəbi tənqidçi Mariya Derkaca təslim etmək məqsədilə Lvovda Praqaya qaçdı. Auqsburq şəhərindəki köçkünlər düşərgəsinə düşən Olqa Kosaç 1945-ci ildə orada vəfat etdi.
İstinadlar
Kateqoriya:Ukrayna tərcüməçiləri