Hayvaliya FK () — Hayvaliya kimi tanınan, Kosovonun Priştina şəhərinin Hayvaliya kəndində yerləşən peşəkar futbol klubu.
Klub son olaraq ölkə futbolunun ikinci səviyyəsi olan Kosovo Birinci Futbol Liqasında oynamışdır.
Tarixi "Hayvaliya" futbol klubu 1999-cu ildə təsis edilib və 2012-ci ilə qədər Kosovo Birinci Liqasında mübarizə aparıb, sonra isə klub Kosova Super Liqasına yüksəlib. Komanda ilk mövsümündə Kosovo Çempionatında dördüncü yeri tutub. Növbəti il "Hayvaliya" Kosovo Kubokunun finalına çıxıb və orada "Ferronikel" klubuna 2–1 hesabı ilə məğlub olub.
Komanda Super Liqada orta səviyyəli komanda olaraq qalıb və 2015/16 mövsümündə çempionatda ikinci yeri tutub.
2014-cü ilin iyun ayında uruqvaylı futbol ulduzu Luis Suares İtaliya milli komandasının müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə FİFA tərəfindən diskvalifikasiya edildikdən sonra, "Hayvaliya" Suaresin dörd aylıq cəzası müddətində onlarla oynaması üçün "Liverpul"a təklif göndərmişdir. Kosovo Futbol Federasiyası o vaxt nə UEFA-nın, nə də FİFA-nın üzvü olmadığına görə Luis Suares qaydalara görə nəzəri olaraq Kosovo çempionatında oynaya bilərdi.
Təklif 24.000 funt-sterlinq (30.000 avro) və hər ay üçün 1.500 avro maaşdan ibarət olmuşdur.
Uğurları Daxili
Kosovo Birinci Futbol Liqası Qalib (1): 2011–12 Kosovo Super Liqası Gümüş medal (1): 2015–16 Kosovo Kuboku
Finalçı (1): 2013–14
Tanınmış keçmiş oyunçuları Mirlind Daku Arber Hoca Betim Halimi Liridon Leci Armend Thaçi Suad Sahiti Eduar Orani
İstinadlar
Xarici keçidlər Rəsmi saytı (albanca)
Kateqoriya:Kosovo futbol klubları