Nikolas Berkli Meyson (27 yanvar 1944-cü ildə anadan olub) ingilis musiqi və Pink Floyd rok qrupunun təsisçilərindən biridir. O, 1965-ci ildə qrupun yaranmasından bəri qrupun tərkibində daimi fəaliyyət göstərən və bütün albomlarda yer alan yeganə üzvdür.. O, " Echoes ", " Time ", " Careful with That Axe, Eugene " və " One of These Days " kimi Pink Floyd mahnılarının həmmüəllifidir.

Uşaqlığı Nikolas Berkli Meyson 27 yanvar 1944-cü ildə Birminhemdə Ailsa Sara (qızlıq soyadı: Kerşou) və sənədli film rejissoru Bill Meysonun ailəsində anadan olub. Ata tərəfdən ulu babalarından biri 1904-1905-ci illərdə Birminhemin Lord-meri olmuş Rouland Hill Berkli idi.

Pink Floyd Pink Floyd qrupu 1967-ci ildə debüt albomu ola Piper at the Gates of Dawn-ı buraxdı. Meyson o vaxtdan bəri bütün Pink Floyd albomlarında çıxış edib. "The Grand Vizier's Garden Party" ( Ummagumma albomundan) və " Speak to Me " ( The Dark Side of the Moon albomundan ) mahıları tam olaraq Nik tərəfindən yazılan yeganə mahnılardır. "Nick's Boogie" mahnısı isə ona həsr olunub. thumb|322x322px|1973-cü ildə Meyson

Şəxsi həyat Meyson ilk dəfə 1969-cu ildə Lindi Rutter ilə evlənib. Bu evlilikdən iki qızı var. Cütlük 1988-ci ildə boşanıb. 1990-cı ildə Meyson aktrisa Annet (Netti) Linton ilə evləndi. Onlar iki oğlu ilə birlikdə London aqlomerasiyasının Hempsted şəhərində yaşayırlar. İstinadlar

Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1944-cü ildə doğulanlar