Lağama (Ayama və ya ləqəb) — Qərbi Azərbaycanın (xüsusilə Ağbaba şivəsi) folklorunda insanlara verilən, şəxsiyyəti və ya xüsusiyyətlərini əks etdirən təxəllüslərdir. Lağama və ya ləqəb antroponim növüdür, ətrafdakı insanlar tərəfindən insana onun xarakterik xüsusiyyətinə və ya peşəsinə, həyatında müşayiət olunan bir vəziyyətə və ya hansısa bənzətməyə uyğun olaraq verilən əlavə addır. Книга:Словарь русской ономастической терминологии.

Əlaqəli anlayışlar

Bəzi mədəniyyətlərdə insan öz ayamasını (ləqəbimi) seçə bilər; belə hallarda "ləqəb" termini adətən istifadə olunur..

Semantik fərq də mövcuddur: "ləqəb" sözünün hörmətli bir mənası var; əksinə, ləqəb bir şəxsə zarafatla və ya istehza ilə verilən təhqiramiz bir ad da ola bilər (adətən onun xarakterinin, görünüşünün və ya fəaliyyətinin bəzi diqqətəlayiq xüsusiyyətlərinə istinad edir).Большой толковый словарь .

Məsələn belə xüsusiyyətlərdən biri peşə sahəsindədir. Radio vasitəsilə ünsiyyət qurarkən istifadəçilər özlərini çağırış işarələri ilə tanıyırlar ki, bu da radio stansiyaları üçün ləqəb (və ya lağama) Хайкин, Семён Эммануилович. «Словарь радиолюбителя Выпуск 131» Март 2018 |bot=InternetArchiveBot, radio həvəskarları arasında isə ünsiyyətin müəyyən iştirakçıları üçün də xidmət edir..

Xalq arasında Ləqəb həyatın müxtəlif dövrlərində verilə bilər və bir çox hallarda nisbətən məhdud bir insan dairəsinə məlumdur. Ağbaba bölgəsinin zəngin şifahi xalq ədəbiyyatı nümunələrində (nanaylar, boranlar, bayatılarla birlikdə) ayamalar, lağamalar, yerli dialektdə ləqəb və ya qoşma ad mənasını verən, yumoristik və ya semantik məna daşıyan ifadələrdir.

Köməkçi adların ən maraqlı növlərindən biri də ləqəblərdir. Ləqəb ərəb sözü olub "əlamətə görə ad" mənasındadır. Xalq danışıq dilində ləqəbə ayama və ya lağama da deyirlər. Müəyyən xüsusiyyətləri və əmələgəlmə yerinə görə ləqəblər şəxs adlarından fərqlənir. Mənfi və müsbət məzmunlu ləqəblərlə şəxsin özü arasında müəyyən formada həqiqi və ya məcazi mənada əlaqələr olduğu halda, şəxs adı ilə şəxsin özü arasında heç bir əlaqə yoxdur. Bundan başqa, hər bir insana əsas adı valideynlər, qohum- əqraba verirsə, ləqəbi isə həyatda hər bir şəxsin ya özü qazanır, ya da müəyyən bir fiziki qüsuru, hərəkətləri, peşə məşğuliyyəti, sənəti və xasiyyətinə görə başqaları verir. Türk xalqlarının, eləcə də Azərbaycan türklərinin ad sistemində ləqəblər- ayamalar xüsusi yer tutur. 1989- cu ilədək Azərbaycan türkləri yaşamış Ağbaba, Şörəyel və Pəmbək kəndlərində də həm qadınlar, həm də kişi adlarına qoşulan maraqlı ayamalar- lağamalar, olmuşdur. Şəxsə aid olan həmin ayamaların müxtəlif semantik mənaları vardır.

Lağama bir neçə qrupa ayrılır:

insanın fiziki qüsuru və fiziologiyasını əks etdirən ləqəblər (lağamalar): Kar Novruz, Kor Məsmə, Keçəl Əsəd, Ala Qurban, Dımbılı Zivər, Pıstılım Sənəm… və s. İnsanın xasiyyəti və psixoloji xüsusiyyəti ilə bağlı olan ləqəblər: Ölü Narın, Bilik Salman, Fağır Ağəli, Mızmız Məhərrəm, Bolşevik Məhərrəm …və s. İnsanın müəyyən pis hərəkətləri ilə bağlı olan ləqəblər: Öküz Omar, At Dursun, Yasoyul İslam, Xəbərçi Mehralı…və s. Insanın peşə və sənəti ilə bağlı olan ləqəblər: Zurnaçı Əhməd, Toyçu Xəlil, Qəleyçi Əli, Aşıq Nəsib, Dəllək İsmeyil, Dəmirçi Nəsif, Mantyor Alı, Çoban Əhməd… və s. Aslan Bayramov. "Oğuz elindən, Ozan dolindən. s.191. Bakı, Elm-2000 . Müəyyən hadisə və vərdişlə bağlı olan ləqəblər: Zurna Həsən, Qaz Asif və b.

Kəndlərin bir qismində tayfa adına çevrilən ləqəblər işlənərdi. Məsələn, ətyeməzdər, xaşılyeyənnər, başıçapıtdılar və s. Müharibə dövründə atadan yetim qalmış uşaqlara da ləqəblər qoşaraq anasının adı ilə çağrılardı: Nazdının Əlisi, Zəkiyənin Salmanı, Fatmanın Əzizi, Pərinin Həşimi və s. .

İstinadlar

Ədəbiyyat Парфенова, Н. Н. Из истории антропонимических терминов: фамилия, прозвище, прозвание // Русский язык: вопросы теории и методики преподавания (2000): 60-68. Х. Вальтер, В. М. Мокиенко. Большой словарь русских прозвищ. Изд: ЗАО ОЛМА Медиа Групп. 2007 г. 704 стр. ISBN 978-5-373-00435-0 Баскаков, Николай Александрович. Русские фамилии тюркского происхождения. Отв. ред. Э. Р. Тенищев. Aкадемия наук СССР. Институт языкознания. — М. 1979 г. Изд. Наука. Главная редакция: Восточной литературы. ISBN 978-5-458-23621-8. Карнович, Евгений Петрович. Родовые прозвания и титулы в России, и слияние иноземцев с русскими. Изд. А. С. Суворина — СПб. 1886 г. //Изд.3-е. М. Изд. ЛКИ. 2007 г. ISBN 978-5-382-00340-5. Лихачёв, Николай Петрович. Любопытные прозвища. Библиограф. № 2-3. 1893 г. Н. П. Лихачёв. Редкие дворянские прозвища. Известия Русское генеалогическое общество. СПб. Т. 1. 1900 г. Г. Соколов. Русские имена и прозвища в XVIII веке. Казань. 1891 г. А. Белов. Великорусские фамилии и их происхождение. Изд: Живая Старина. СПб. 1896 г. В. Шереметьевский. Фамильные прозвища великорусского духовенства в XVIII—XIX столетиях. Русский Архив. Т.1. 1908 г. Селищев, Афанасий Матвеевич. Происхождение русских фамилий, личных имён и прозвищ.//Учёные записки Московский государственный университет. Труды кафедры русского языка. Вып.128. М. 1948 г. Веселовский, Степан Борисович. Ономастикон. Древнерусские имена, прозвища и фамилии. Академия наук СССР. Отделение истории. Архив АН СССР. М. Изд: Наука. 1974 г. Сост: Д. С. Балдаев, В. К. Белко, И. М. Исупов. Словарь тюремно-лагерного блатного жаргона (речевой и графический портрет советской тюрьмы). Изд: Края Москвы. 1992 г. ISBN 5-900310-01-9

Kateqoriya:Qərbi Azərbaycan Kateqoriya:Folklor Kateqoriya:Folklor janrları Kateqoriya:Folklor obyektləri Kateqoriya:Şifahi xalq ədəbiyyatı Kateqoriya:Şifahi xalq ədəbiyyatının janrları Kateqoriya:Şifahi ədəbiyyat Kateqoriya:Şifahi ənənə