İzabella Mediçi (; ) — Böyük Toskana hersoqu I Kozimonun qızı, Braççano hersoginyası, Mediçi ailəsinin üzvü.
31 avqust 1542-ci ildə Florensiyada dünyaya gəldi. Atası son Florensiya hersoqu I Kozimo Mediçi, anası isə onun ispan əsilli xanımı Toledolu Elyanoradır. Böyük bacısı Mariya ilə birlikdə şəxsən anasının nəzarətində mükəmməl saray təlim-tərbiyəsi aldı. Hələ 11 yaşında ikən Orsini ailəsinə mənsub Paolo Qardano Orsini ilə nişanlandı. Bəy namizədi ana şəcərəsindən papa III Pavelin, ata şəcərəsindən isə papa II Yulinin nigahdan kənar qızlarının nəvəsi idi. Cütlüyün evlilik sazişi 11 iyul 1553-cü ildə Romada imzalandı. Toy mərasimi isə 3 sentyabr 1558-ci ildə Florensiyada baş tutdu.
9 oktyabr 1560-cı ildə papa IV Piy tərəfindən ərinə Braççano hersoqu ünvanı verildi və beləcə, İzabella Braççano hersoginyası oldu. Cütlüyün bu nigahdan yetkinlik yaşına çatan 2 övladı doğuldu.
Françeska Elyanora Orsini (1571-1634) Vircinio Orsini (1572-1615)
16 iyul 1576-cı ildə Florensiya yaxınlığındakı kommunalardan birində vəfat etdi.
Mənbə
Ədəbiyyat
Murphy, Caroline P. (2008). Isabella de' Medici: The Glorious Life and Tragic End of a Renaissance Princess. Bloomsbury House, 74-77 Great Russell Street, London WC1B 3DA: Faber and Faber. Mori, Elisabetta (2019). Lettere tra Paolo Giordano Orsini e Isabella de' Medici (1556 - 1576) [Letters between Paolo Giordano Orsini and Isabella de' Medici (1556 - 1576)] (in Italian). Gangemi Editore. Cardamone Donna G. (2002) Isabella de' Medici-Orsini: A portrait of self-affirmation, a chapter in Borgerding, Todd M. Gender, sexuality and early music, New York - London. Sozzini, Fausto. Rime. Edited by Emanuela Scribano. Edizioni di Storia e Letteratura, Rome, 2004. Cox, Virginia, editor. Lyric Poetry by Women of the Italian Renaissance. Johns Hopkins University Press, 2013. Winspeare, Fabrizio (1961). Isabella Orsini e la corte medicea del suo tempo. Olschki. Guerazzi, Francesco Domenico (1844). Isabella Orsini, Duchessa di Bracciano (published 2018).
İstinadlar Kateqoriya:XVI əsr İtaliya qadınları Kateqoriya:Ədəbiyyat hamiləri Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:Qadın bəstəkarlar Kateqoriya:İntibah dövrü qadınları