Azərbaycan mədəniyyət hamiliyi, himayədarlığı və ya messenatlığı — müxtəlif şəxslərin, dövlətlərin, icmaların, təşkilatların bu və ya digər şəkildə azərbaycandilli mədəniyyətə və ya Azərbaycan mədəniyyətinə qarşı göstərdiyi hamilik fəaliyyəti.

Tarixi-mədəni arxa plan

Bölgədə hamiliyin tarixi Rəvvadilər və Şəddadilər tarixən güclənərək, özlərini ərəb və İran hökmdarları kimi aparmaq, şeir və sənətə hamilik etmək istəyirdilər. Qətran Təbrizi bu meylə cavab olaraq, əsərlərini sarayla bağlayırdı.

IX əsrdən XVI əsrdə qədər Şirvanşahlar sülaləsinin Şirvanda hakimiyyətdə qalması, sülalənin incəsənətə hamilik etməsi və Şirvanşahlar dövlətinin daha balaca olan Şirvan xanlığı şəklində davam etməsi nəticəsində bu bölgə tarix boyunca oynadığı şair və musiqiçilərin məkanı rolunu qorumuşdur.

Tarixi

Orta əsrlər və erkən müasir dövr 200px|thumb|right|Sultan Yaqub. Ağqoyunlu hökmdarı (h.i. 1478–1490-cı illər) Burci Məmlükləri dövründə (1382–1517) Azərbaycan ədibləri iş və hami axtarışı məqsədilə Məmlük sultanlığına gedirdilər.

XV–XVI əsrlərdə Azərbaycan və İranın azərbaycandilli şairləri ya Osmanlıya, ya da Orta Asiyaya gedirdilər. Bu dövrdə həm Osmanlı sultanları və yüksəkrütbəli mənsəb sahibləri, həm də Sultan Hüseyn Bayqara və Əlişir Nəvai mədəni himayədarlıqla məşğul idilər. Azərbaycan şairi Kişvəri öz əsərlərini Əlişir Nəvaininkilərdən aşağı görmürdü, sadəcə Bayqara kimi bir hami tapa bilməməsindən şikayətlənirdi.

Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında dövrün alimləri, şairləri və sənətkarları toplaşmışdı. Saraylarda tez-tez şeir məclisləri təşkil olunurdu.

Şah İsmayıl Xətai elmin, sənətin və ədəbiyyatın böyük himayədarı idi. Xətainin məclisi Azərbaycan ədəbiyyatının sonrakı dövrlərinin (XIII əsrdən sonra) məclisləri arasında ən məşhurudur. Şah İsmayıl Xətai ədəbi məclisinə azərbaycanca yazan şairləri, həmçinin rəssamları, heykəltəraşları və digər sənətkarları toplamışdır. Süruri, Şahi, Matəmi, Tüfeyli, Qasimi bu dövrün şöhrətli şairlərindən idi və onlar Şah İsmayılın məclisinin fəal üzvləri idi. Şah İsmayılın sarayına cəlb edilən digər şairlər Susəni bəy, Piriqulu bəy, Şahqulu bəy, Məhəmməd bəy Şəmsi, Fikarı, Pəri Peykər idi. Həbibinin rəhbərliyində və Xətainin himayəsi ilə bir çox azərbaycandilli şair saraya toplanmışdır.

Səfəvilərin şiəliyi rəsmi din etməsindən sonra İran və Azərbaycanın bəzi türkdilli şairləri ya Misir və Suriyaya (Məmlük hamiliyində yaşamaq üçün), ya da Osmanlı imperiyasına getmişdir.Bazin L., Golden, P. B., Golden. P. B, Zürcher E. J, Andrews. P. A, Zieme P., Karamustafa A. T, Flemming Barbara, Ambros Edith G., Balim Çiğdem et al., "Turks", in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN 9789004161214, 1960–2007 XVI əsrin II yarısı-XVII əsrin I yarısında Azərbaycan və İrandan bir çox söz və sənət adamı Hindistana, Böyük Moğol imperiyasına getmişdir. Bunun səbəbi həm Moğolların azad fikirli olması, həm də şeir və sənət adamlarını himayə etməsi idi. Əbdülbaqi Nihavəndinin Moğol dövləti sərkərdəsi Əbdürrəhim xan Baharlının türk dialektlərini bilməsi haqqında verdiyi məlumat daxil olmaqla, bir sıra tarixi mənbələrin işığında artıq ehtimal edilir ki, İran türkcəsi və ya Azərbaycan dili adlandırılan dil Hindistandakı türkdilli mühitin bir parçası idi. Ancaq buna baxmayaraq, Füzulinin divanının nüsxəsi Hindistanda hamilik axtaran, İran türkcəsi və ya Azərbaycan dilini ana dili kimi danışan şəxslərin türk dilində mətni Hindistana gətirməsi haqqında ilk, birbaşa, mətn formasındakı sübutdur.

Şuşa şəhəri mədəni həyatı Qarabağın XVIII əsrdə hakim sülaləsi olan Cavanşirlər tərəfindən himayə edilmişdir. Cavanşirlər sülaləsi mədəniyyət və təhsil sahəsində iştirak edir və bu sahələrə hamilik edirdilər.

21 il Şəki hökmdarı olmuş Məhəmmədhüseyn xan Müştaq (h.i. 1759–1780) zalım hökmdar adlandırılsa da, o, mədəniyyət hamisi olmuşdur. Məhəmmədhüseyn xan Şəki xan sarayının tikintisini sifariş vermişdir. Ehtimal etmək olar ki, onun otağındakı ağzında gül-çiçək tutmuş əjdahalar təsviri ideyasında rolu olmuşdur. Şəki xan sarayının memarını öldürməsi ilə bağlı hekayə şübhə doğurur, Nizami Gəncəvinin "Yeddi gözəl"indəki "Hökmdar Neman və sənətkar Simnar" hekayəsi ilə oxşarlıq təşkil edir. Müştaq özü də şair olmuş, sarayında şeir məclisləri keçirmişdir. Küngütlü Nəbiyə, şair Süleymana, Raciyə, Kəlbirli Rafeiyə, Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zariyə, Molla Vəli Vidadiyə, Molla Pənah Vaqifə, şamaxılı Ağa Məsih Şirvaniyə hamilik etmişdir. Şəki Xan məscidi hicri təqvimi ilə 1183-cü ildə Şəki xanı Məhəmmədhüseyn xanın sifarişi ilə tikilmişdir. Məscidin tikintisi başa çatdıqdan sonra bu münasibətlə o dövrdə yaşamış şair Hacı Məhəmməd Çələbi Əfəndi Zari 9 beytdən ibarət bir qəzəl yazmışdır.

XIX əsr—XX əsrin əvvəli 200px|thumb|right|Mahmud ağanın təsviri Qacarlar öz Təbriz saraylarında (vəliəhdin qaldığı yer) Azərbaycan dilində, rədif-dəstgah ənənəsinə bənzər musiqi ənənəsinə himayəlik edirdilər. Bu saray musiqisi Azərbaycan muğamının əsasını təşkil etmişdir.Lucas, Ann E. "Ancient Music, Modern Myth." Music of a Thousand Years: A New History of Persian Musical Traditions, 1st ed., University of California Press, 2019, pp. 1–22. JSTOR, http://www.jstor.org/stable/j.ctv1f884pp.8 . Accessed 5 Mar. 2023. Ehtimal edilir ki, dəstgah sisteminin İrana gəlməsi mənşəcə Azərbaycandan olan, Tehran saraylarına Azərbaycan və türk musiçilərini gətirən Qacarların işidir.Laudan Nooshin (1998) The song of the nightingale: Processes of improvisation in dastgāh Segāh (Iranian classical music), British Journal of Ethnomusicology, 7:1, 69–116, DOI: 10.1080/09681229808567273

Şamaxı zadəganı Mahmud ağanın istəyi ilə onun atası Əhməd Sultan üçmərtəbəli saray tikdirmişdir. Sarayın ikinci mərtəbəsindəki "Qızılı salon" muğam və musiqi məclisləri üçün ayrılmış, burada müsabiqələr keçirilmişdir. Mahmud Ağa bu müsabiqələrin proqramını təyin edirdi. Bu məclislərin sorağı Bakı, Qarabağ, Gəncə və Naxçıvana, İrəvan və Tiflisə, İran və Orta Asiyaya gedib çıxmışdır. Beləliklə, Mahmud ağa bir incəsənət məbədinin, muğam universitetinin yaradıcısı və hamisi olmuşdur. O, təkcə poeziyaya və muğama yox, Şamaxıda maarifçiliyin inkişafına, məktəblərin yaradılmasına kömək və hamilik etmişdir.

Yoxsul sənətkar, şair və alimlər, azərbaycanlı tələbələr Qarabağın xan qızı Xurşidbanu Natəvandan yardım alırdı. Qarabağ və bütün Zaqafqaziyanın sənət adamları onun himayəsinə sığınırdı.

Bakı milyonçuları 300px|thumb|left|XX əsrin əvvəllərində Tağıyevin Teatrının səhnəsi XIX əsrin sonu—XX əsrin əvvəlində Azərbaycanda messenatlıq geniş yayılmışdır. Messenatlıq çərçivəsində təhsil və elmə, incəsənət və memarlığın inkişafına, mədəniyyətin müxtəlif sahələrinə külli miqdarda pul qoyulmuşdur. Məsələn, 1882-ci ildə Hacı Zeynalabdin Tağıyev teatr binası layihəsini Bakı şəhər dumasına təqdim etmişdir. Teatr binası 1883-cü ildə tikilib istifadəyə verilmiş, beləliklə, Bakıda ilk dəfə teatr binası yaranmışdır.В Баку впервые построено театральное здание — театр Г. З. А. Тагиева.

Murtuza Muxtarov Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində bir çox binalar tikdirmişdir. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə seçilir. Şüvəlanda Mayak, Abşeronda 17 bina, Əmircan kəndində məktəb, Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, Rusiyanın başqa şəhərlərində, Avropada, İtaliyanın Florensiya şəhərində mövcud olan gözəl, yaraşıqlı binalar Murtuza Muxtarovun pulu ilə tikilmişdir. O, Balaxanıda özünün təsis etdiyi "Xeyriyyə cəmiyyəti"nin və Kustar Neft Sənayesi Həmkarlar İttifaqının sədri olmuşdur. Muxtarov həm də "Nəşri-maarif" cəmiyyətinin Balaxanıdakı camaat məktəbinin vəkili idi. 1910–1911-ci illərdə həmin məktəbdə işləyən M. Ə. Sabirlə yaxından dostluq etmiş, yazıları ilə "Günəş" qəzetində onun müdafiəsinə qalxmışdır. 1911-ci ilin fevralında Balaxanıdakı camaat məktəbi nəzdində "Nur" qiraətxanasını açmışdır.

Milyonçu Bəşir bəy Aşurbəyov isə qazancının müəyyən hissəsini xeyriyyə işlərinə xərcləyirdi. Ona görə də Bəşir bəy zəmanəsinin səxavətli mesenatlarından biri kimi ad qazanmışdı. 1897-ci ildə Sabunçu qəsəbəsində möminlərin istifadəsinə verilmiş məscidi də Bəşir bəy Aşurbəyov tikdirmişdi. Şəmsi Əsədullayev xeyriyyəçiliklə məşğul olmuş, elmə, mədəniyyətə xüsusi qayğı göstərmiş, onlarla azərbaycanlı gəncin Almaniyada, Fransada, Varşavada, Kazanda, Kiyevdə, Moskvada, Odessada, Peterburqda və Xarkovda oxumasına himayədarlıq etmişdir. Tiflisdə olan Aleksandr müəllimlər institutu onun şəxsi vəsaiti hesabına fəaliyyət göstərmişdir.

Azərbaycan dövləti Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi sayılır. 2007-ci ildə onun bu fəaliyyəti ilə bağlı film çəkilmiş, Şuşada Molla Pənah Vaqif türbəsinin açılışı, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi kimi fraqmentlər bu filmdə verilmişdir.

Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli İlham Əliyevi Azərbaycan mədəniyyətinin hamisi adlandırmışdır. İlham Əliyevin hakimiyyəti dövründə 4 Dünya irsi, 24 qeyri-maddi mədəni irs, 3 əlyazma toplusu UNESCO-nun siyahısına daxil edilmişdir. İlham Əliyev Alban-Udi kilsəsinin bərpa edilməsində, Böyük Qayıdışın həyata keçirilməsində, Qarabağ və Şərqi Zəngəzurda mədəni quruculuq fəaliyyətində, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsində rol oynamışdır. İlham Əliyevin hakimiyyəti dövründə xaricdə Azərbaycan mədəniyyət mərkəzləri və evləri açılmış, Azərbaycan həftəsonu məktəbləri təşkil olunmuşdur. Bu dövrdə Azərbaycanda Bakı prosesi forumları, 2012 Avroviziya Mahnı Müsabiqəsi və 2015 Avropa Oyunları keçirilmişdir.

Heydər Əliyev Fondu 300px|thumb|left|İlham Əliyev və Mehriban Əliyeva "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin hamisi adlandırılmışdır. 2018-ci ildə "Mehriban Əliyeva — Azərbaycan Mədəniyyətinin Hamisi" adlı kitab nəşr edilmişdir.