"Super Mario Qalaktikası Filmi" — cizgi filmi, macəra komediya filmidir. Film 2007-ci ildə çıxan "Super Mario Qalaktikası" video oyunu və onun 2010-cu ildə çıxan davamı, eləcə də Nintendonun daha geniş Mario franşizası əsasında çəkilir. Illumination və Nintendo tərəfindən istehsal olunan və Universal Pictures tərəfindən yayımlanan bu film, "Super Mario qardaşları" (2023) filminin davamıdır. Rejissorları Aaron Horvas və Mikayel Celenik, ssenari müəllifi isə Mettyu Fogel olan filmdə Kris Pratt, Anya Taylor-Joy, Çarli Dey, Cek Blek, Kiqan-Maykl Ki və Kevin Maykl Riçardson ilk filmdəki rollarını canlandırırlar. Hekayəyə Benni Safdi, Donald Qlover, İssa Rey, Luis Quzman və Bri Larson kimi aktyorlar da qoşulur. Hekayə, Mario və Luici ilə dostlarının kosmosa səyahətindən sonra baş verənlər haqqındadır, burada onlar Şahzadə Rozalina ilə görüşür və Bouzer və oğlu Balaca Bouzerlə qarşılaşırlar.
Nintendonun prezidenti Şuntaro Furukava 2021-ci ilin may ayında Nintendonun o vaxtlar adı olmayan Mario filmi uğurlu olarsa, Nintendo mallarına əsaslanan daha çox animasiya filmi istehsal etməkdə maraqlı olduğunu bildirmişdi. Illumination şirkətinin baş direktoru və prodüseri Kris Meledandridən filmin 2023-cü ilin aprelində nümayişindən əvvəl "Super Mario qardaşları'''" filminin davamının mümkünlüyü barədə soruşulmuşdur. Kassa uğurundan sonra, 2024-cü ilin mart ayında Illumination şirkətində Horvas və Celenikin rejissor olaraq, Foqelin isə ssenarist kimi fəaliyyətlərinə davam edəcəkləri yeni bir Mario filminin hazırlanacağı elan edilmişdir."Super Mario Qalaktikası Filmi" filminin'' Universal Pictures tərəfindən 1 aprel 2026-cı ildə ABŞ-də kinoteatrlarda nümayişi planlaşdırılır.
Filmin qısa izahı Mario və Luici, Şahzadə Piç və Tod ilə birlikdə kosmosa və qalaktika boyunca səyahət edərkən yaşıl dinozavr Yoşi ilə tanış olur və dostlaşırlar. Onlar Şahzadə Rozalina ilə görüşür və Bouzer və oğlu Balaca Bouzerlə qarşılaşırlar
Aktyor heyəti Kris Pratt Mario rolunda, əslən Bruklindən olan santexnik . Anya Teylor-Coy, Göbələk Krallığının hökmdarı Şahzadə Piç rolunda Çarli Dey Luici rolunda, Marionun qorxaq kiçik qardaşı Cek Blek Bouzer rolunda, Kupaların Kralı Kiqan-Maykl Ki Tod rolunda, Göbələk Krallığından olan antropomorfik göbələk Benni Safdi Balaca Bouzer rolunda, Bouzerin oğlu və Kupa taxtının varisi Donald Qlover Yoşi rolunda, Mario və Luicinin dostlaşdığı yaşıl dinozavr Kevin Maykl Riçardson Kamek rolunda, Bouzerin məsləhətçisi və məlumatlandırıcısı olan Maqikupa Bri Larson Şahzadə Rozalina rolunda, kosmosdan gələn şahzadə, Lumaları övladlığa götürən ana
Həmçinin bax 2026-cı ilin ABŞ filmlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Uydurma ölkələr haqqında filmlər Kateqoriya:Bəstəkar Brayn Taylerin filmləri Kateqoriya:İngilis dilində macəra komediya filmləri Kateqoriya:Videooyunlara əsaslanan cizgi filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Avtomatik ölçülü çoxsaylı şəkil istifadə edən səhifələr Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:Gələcək filmlər Kateqoriya:Nintendo video oyunlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri