Cozef Kley Kent (11 aprel 1980-ci il təvəllüdlü) amerikalı siyasətçi, keçmiş ABŞ Ordusunun giziri və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin paramilitar zabitidir. 2025-ci ildən 2026-cı ilə qədər Milli Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsində çalışıb . Respublikaçılar Partiyasının üzvü olan Kent, 2022 və 2024-cü illərdə Vaşinqtonun üçüncü konqres dairəsi üzrə ABŞ Nümayəndələr Palatasının seçkilərindən onun namizədi irəli sürülüb.
left|thumb|211x211px|Kentin ilk həyat yoldaşı Şennon Smit 2019-cu ildə Mənbicdə baş verən partlayışda həlak olub. 17 yaşında Kent Orduya Reyncer müqaviləsi ilə qəbul olunub və bu, ona 75-ci Reyncer Alayına daxil olmağa imkan vermişdi. O, 11 sentyabr hücumlarından əvvəl Xüsusi Təyinatlı Qüvvələrə müraciət etmişdir və hücumlardan bir neçə gün əvvəl ixtisas kursu keçmişdir. 2003-cü ilin sentyabr ayına qədər təlimdən sonra Kent İraqa göndərildi və orada Fəllucənin ilk döyüşlərində iştirak edirdi və İraqın Səddam Hüseynə bağlı olan rəhbərlərini axtarırdı. O, təqaüdə çıxmazdan əvvəl Yəmən və Şimali Afrikada yerləşdirmələr də daxil olmaqla on bir döyüş səfərində iştirak etmişdir. Kent sonuncu dəfə baş gizir rütbəsini daşıdı ki sonradan Mərkəzi Kəşfiyyat İdarəsində paramilitar zabit oldu. thumb|Kent 2025-ci ilin iyul ayında Milli Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsinə and içir thumb|Kentin istefa məktubu 16 mart 2026-cı ildə Kent Trampa, vitse-prezident JD Vensə və Ağ Evin aparat rəhbəri Suzi Uaylsa Trampın İran müharibəsinə başlamaq qərarına görə Milli Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsindən istefa vermək niyyətində olduğunu bildirdi. Ertəsi gün o, X- səhifəsində ABŞ-ın " İsrail və onun güclü Amerika lobbisinin təzyiqi" altında müharibəyə girdiyini yazan istefa məktubu dərc etdi. Kent əlavə etdi ki, İran ABŞ üçün "qaçılmaz təhlükə" deyil.
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1980-ci ildə doğulanlar