Rafiq Ələkbər () — Azərbaycan şairi, yazıçı və hüquqşünas.

Həyatı Rafiq Ələkbər 25 aprel 1964-cü ildə Yardımlı rayonunun Alar kəndində anadan olmuşdur. 1981-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur.

30 ildən artıq müddətdə Azərbaycan Respublikasının prokurorluq orqanlarında çalışmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunda müxtəlif vəzifələrdə, o cümlədən idarə prokuroru kimi fəaliyyət göstərmişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

Yaradıcılığı Rafiq Ələkbər ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlamışdır. Müxtəlif illərdə onun aşağıdakı əsərləri çap olunmuşdur:

"Səndən ayrılanı, səndən küsəni" (1999)

"Mən Tanrı yolçusuyam" (2003)

"Ruhum – əbədiyyətim" (2005)

"Eşq qəlbin ruhudur" (2007)

"Əsgər ac qalmayacaq" (povest, 2007)

"Seçilmiş əsərləri" (2008)

"İlahi nur" (2011)

"İrfan və eşq görüşləri" (2015)

"İrfani aşk" (Türkiyə, 2017)

"Savalanla üz-üzə" (2021)

"Mənim fəlsəfəm" (2025)

Bundan əlavə, müəllifin "İnsan alveri" və "Qəsdən ölüm" adlı detektiv romanları 2025-ci ildə nəşr olunmuş, 2026-cı ildə ingilis və türk dillərində çap edilmişdir.

Mükafatları və təltifləri "Qızıl Qələm",

"Ustad sənətkar"

"Araz" ədəbi mükafatlarının laureatıdır.

2019-cu ildə Türkiyədə çap olunan əsərlərinə, o cümlədən "İrfani aşk" kitabına görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən fəxri doktor adına layiq görülmüş və Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif edilmişdir.

2021-ci ildə həmin Akademiya tərəfindən "Türk dünyasının fəxri ziyalısı" seçilmiş və Atatürk Beynəlxalq mükafatı ilə təltif olunmuşdur.

2022-ci ildə "Savalanla üz-üzə" kitabına görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "İlin şairi" seçilmiş, həmçinin dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfələrə görə Avropa Şərəf Ordeni ilə təltif edilmişdir.

İstinadlar