Yeqor Timuroviç Qaydar (; ) — Rusiyanın keçmiş baş naziri, iqtisadçı. Yeqor Qaydar SSRİ-nin dağılmasından sonrakı ilk illərdə Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri olmuşdur.

Həyatı Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1980-ci ildə iqtisad elmləri namizədi, 1990-cı ildə iqtisad elmləri doktoru elmi dərəcələrini alıb. Yeqor Qaydar Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri sayılır. 1990-cı illərdə hökumətdə önəmli vəzifələrdə çalışan Yeqor Qaydar müstəqil Rusiyanın ilk maliyyə naziri olub, daha sonra baş nazirin 1-ci müavini və baş nazir səlahiyyətlərinin icraçısı vəzifələrini tutub. Özəlləşdirmə prosesi məhz Yeqor Qaydarın rəhbərliyi ilə başlanıb. Hökumətdən getdikdən sonra 1994–2001-ci illərdə "Demokratiçeskiy vıbor Rossii" partiyasının lideri olub. 2001–2003-cü illərdə isə "Soyuz Pravıx Sil"in tərkibində fəaliyyət göstərib.

İstinadlar

Xarici keçidlər Yeqor Qaydar's Project Syndicate op/eds Yeqor Qaydar Speech Gaidar, acting Russian PM under Yeltsin, dies

Kateqoriya:1956-cı ildə doğulanlar Kateqoriya:2009-cu ildə vəfat edənlər Kateqoriya:Rusiya iqtisadçıları Kateqoriya:Rusiya alimləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:Rusiya baş nazirləri Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:XXI əsr Rusiya siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Rusiya liberalları Kateqoriya:Ali İqtisadiyyat Məktəbinin müəllimləri