thumb Məhəmmədtağı Ovsanlu (2 dekabr 1962-ci il, Zəncan) İranın Azərbaycan əsilli briqada generalı və İnqilab Keşikçilərinin komandiri, 2024–2025-ci illərdə İnqilab Keşikçilərinin Quru Qoşunlarının koordinator müavini, daha əvvəl isə 2023–2024-cü illərdə "İmam Hüseyn" Qərargahının koordinator müavini, 2011–2023-cü illərdə "Həmzə Seyidüşşühəda" Qərargahının komandanı, 2008–2021-ci illərdə isə vəzifəsini saxlayaraq, Aşura qərargahının komandiri. Osanlu İran-İraq müharibəsi zamanı Xeybər və Bədr əməliyyatları zamanı Batalyon komandirinin müavini, 8-ci Vəlfəcr əməliyyatında və 5-ci Kərbəla əməliyyatında 31-ci Diviziyanın Dalğıc Batalyonunun komandiri, sonra 10-cu Vəlfəcr əməliyyatında 36-cı Ənsar əl-Mehdi Briqadasının komandir müavini vəzifəsində çalışıb.
O, 2021-ci ildə “Fəth” ordeni ilə təltif edilib.
Beynəlxalq sanksiyalar 11 dekabr 2022-ci ildə Avropa İttifaqı M.Ovsanlunu, 19 nəfəri və İslam Respublikasının Teleradio Yayımını insan haqlarının kobud şəkildə pozulmasına görə AB Sanksiya Siyahısına daxil edib. Bu sanksiya, 2022-ci ildə İranda baş verən üsyan zamanı həbs edilən iki gəncin İslam Respublikası məhkəmələri tərəfindən edam edilməsi ilə üst-üstə düşüb.
22 noyabr 2022-ci ildə ABŞ Maliyyə Nazirliyi İranın Kürdüstan bölgəsində və ətraf ərazilərdə dinc hökumət əleyhinə etirazları zorakılıqla yatırdıqlarına görə M.Ovsanluya və bir neçə digər İİKK komandirinə sanksiya tətbiq edib.
20 fevral 2023-cü ildə Brirləşmiş Krallığın Xarici İşlər Nazirliyi M.Osanlunu, üç hakimi, İnqilab Keşikçiləri Korpusunun iki üzvünü və iki qubernatoru sanksiya siyahısına daxil edib. Sanksiyalara aktivlərin dondurulması və Birləşmiş Krallığa səyahət qadağası daxildir.
İstinadlar