Devid Maykl Setterfild (ing. David Michael Satterfield; ) - ABŞ siyasətçisi, diplomatı və səfiri.

Yaxın Şərqdə, o cümlədən Fars körfəzi bölgəsi, Livan və İraqda fəaliyyət göstərmiş amerikalı diplomatdır. O, ABŞ Dövlət katibi Condoleezza Rice-in İraq üzrə baş məsləhətçisi olmuş, 2009–2017-ci illərdə Sinay yarımadasında fəaliyyət göstərən Çoxmillətli Qüvvələr və Müşahidəçilər-in baş direktoru vəzifəsini icra etmişdir.

2017–2019-cu illərdə Yaxın Şərq işləri üzrə dövlət katibinin səlahiyyətlərini icra edən köməkçisi olmuşdur.

27 iyun 2019-cu ildə ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təsdiq edilmişdir. Onun namizədliyi 15 fevral 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş, Senat tərəfindən isə 27 iyun 2019-cu ildə təsdiqlənmişdir.

2022-ci ilin yanvarında Afrika buynuzu üzrə xüsusi elçi təyin olunmuşdur. 31 may 2022-ci ildə Rice University nəzdində fəaliyyət göstərən James A. Baker III Institute for Public Policy institutunun direktoru təyin edilmişdir. 2023-cü ilin oktyabrından 2024-cü ilin aprelinədək Yaxın Şərq humanitar məsələləri üzrə xüsusi elçi vəzifəsində çalışmışdır.

Həyatı və Fəaliyyəti Devid Maykl Setterfild 18 dekabr 1954-cü ildə Baltimor şəhərində anadan olmuşdur. 1976-cı ildə Merilend Universitetini bakalavr dərəcəsi ilə bitirmişdir.

1980-ci ildə ABŞ Xarici Xidmətinə qəbul olunmuş, Ciddə, Tunis, Beyrut, Əlcəzair, Dəməşq və Bağdadda şəhərlərində diplomatik vəzifələrdə çalışmışdır. 1990–1993-cü illərdə ABŞ Dövlət Departamentinin İcra Katibliyinin direktoru, 1993–1996-cı illərdə isə United States National Security Council-də Yaxın Şərq və Cənubi Asiya məsələləri üzrə direktor olmuşdur. 1996–1998-ci illərdə Dövlət Departamentində İsrail və Ərəb-İsrail məsələləri üzrə ofisə rəhbərlik etmiş, 1998-ci ilin sentyabrından 2001-ci ilin iyununa qədər Livanda ABŞ səfiri vəzifəsində çalışmışdır.

ABŞ Senatı onu Eduard Villiam Gnehmin yerinə İordaniyada səfir təyin etsə də, 1 iyun 2004-cü ildə Dövlət katibi tərəfindən Yaxın Şərq məsələləri üzrə baş müavin köməkçisi vəzifəsinə gətirilmişdir. 2005-ci ilin mayında səfir rütbəsi ilə İraqa missiya rəhbərinin müavini kimi göndərilmiş və nəticədə İordaniyada səfir kimi fəaliyyət göstərməmişdir. 19 may 2006-cı ildə ABŞ Dövlət Departamenti onun İraq üzrə koordinator və Dövlət katibi Kondoliza Raysın baş müşaviri təyin olunduğunu açıqlamışdır.

2009-cu ilin mayında təxminən 30 illik diplomatik fəaliyyətdən sonra “career minister” rütbəsi ilə təqaüdə çıxmışdır. Həmin ilin iyulunda ABŞ hökumətinin namizədliyi ilə Multinational Force and Observers təşkilatının baş direktoru təyin olunmuşdur. Qərargahı Romada yerləşən təşkilat Sinay yarımadasında təhlükəsizlik müddəalarının icrasına nəzarət edir.

2013-cü ilin avqustundan 2014-cü ilin yanvarına qədər Qahirədə missiya rəhbəri olmuş, 2014-cü ilin may–sentyabr aylarında isə Liviya üzrə Dövlət katibinin xüsusi müşaviri vəzifəsini icra etmişdir. 5 sentyabr 2017-ci ildə yenidən diplomatik xidmətə qayıdaraq Yaxın Şərq işləri üzrə dövlət katibinin səlahiyyətlərini icra edən köməkçisi təyin edilmişdir.

10 yanvar 2022-ci ildə ABŞ-ın Afrika Buynuzu üzrə xüsusi elçisi təyin olunmuş və bu vəzifədə Cefri Feltmanı əvəz etmişdir. 2022-ci ilin iyununda onu Mike Hammer əvəz etmiş, Setterfild isə 30 iyun 2022-ci ildə dövlət xidmətini başa vurmuşdur.

1 iyul 2022-ci ildən etibarən Rice University nəzdində fəaliyyət göstərən James A. Baker III Institute for Public Policy institutunun direktoru vəzifəsini icra edir.

İsraildə baş vermiş 7 oktyabr hücumlarından sonra, 15 oktyabr 2023-cü ildə ABŞ Prezidenti Co Bayden tərəfindən Qəzzada humanitar böhranın aradan qaldırılması məqsədilə Yaxın Şərq humanitar məsələləri üzrə xüsusi elçi təyin edilmişdir. 25 aprel 2024-cü ildə bu vəzifədə onu Lise Grande əvəz etmişdir.

Mənbə

Kateqoriya:XX əsr ABŞ diplomatları Kateqoriya:XXI əsr ABŞ diplomatları