deadAir Records — ABŞ mənşəli müstəqil musiqi leyblı. Şirkəti 2021-ci ildə Cessi Takonelli, Billi Buqara və Kuinn Düpri birgə təsis ediblər.

"deadAir" sənətçilərinə aid fiziki musiqi buraxılışları ilə bərabər, brendə uyğun müxtəlif məhsulların dizaynı və satışı ilə də məşğul olur.

Tarixçə Kuinn Düpri ilə Cessi Takonelli Takonellinin musiqi jurnalisti və texniki işçi kimi çalışdığı vaxtlarda bir-birini tapır. O, perspektivli sənətçiləri və az tanınan musiqi cərəyanlarını izləyə-izləyə bir şeyin fərqinə varır: gənc istedadların karyerası əksər hallarda pis idarəetmə səbəbindən erkən sona çatır. Nəticədə ikisi "deadAir"i qururlar. Aralarındakı ortaq məqsəd isə "K. Düpriyə daha yaxşı bir imkan qazandırmaq"dır. Billi Buqara da bu sahədən gəlir. "Complex" və "Lyrical Lemonade"də işlədiyi dövrdə gələcəkdə leybl yoldaşı olacaq sənətçilərdən bir neçəsi haqqında yazıb. 2022-ci ildən etibarən C. Takonelli "deadAir"də kreativ direktor vəzifəsini tutur, eyni zamanda K. Düpri, Ceyn Remuver və Kvadekinin menecerliyini həyata keçirir.

Sənətçilər

By Storm Dazegxd Jane Remover Kmoe Kuru Lucy Bedroque Ninajirachi Operelly Photographic Memory Prostitute Quadeca Quannnic Quinn Racing Mount Pleasant Underscores Venturing

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ müstəqil səsyazma leyblları