Şərəfəddin Həsən ibn Məhəmməd Rami Təbiri və ya sadəcə Rami Təbrizi (hicri 795-ci ildə, qəməri 1392-ci ildə vəfat edib) XIV əsr alimi, natiqi və şairi, Çobanilər dövlətinin və Qaraqoyunluların təbəəsi.

XIV əsrdə yaşamış böyük Azərbaycan şairi və ədəbiyyatşünası Şərəfəddin Rami Təbrizinin həyatı haqqında əlimizdə çox az məlumat vardır. Bir çox təzkirə müəllifləri onun hərtərəfli biliyə, istedada malik şair və ədəbiyyatçı olması barədə məlumat vermişlər.

Dövlətşah Səmərqəndi “Təzkirətüş-şüəra” adlı məşhur təzkirəsində Ramini “elm və fəzl sahibi” ədəbiyyatşünaslıqda “dövrünün ustadı” kimi qiymətləndirir. O, həmçinin Şeyx Arif Azərinin “Cəvahirəl-əsrar” əsərinə əsaslanaraq göstərir ki, Rami Şah Mənsur ibn Məhəmməd Müzəffərin hakimiyyəti illərində İraqda Məliküş-şüəra olmuşdur, o təbrizlidir və divanları vardır. Lakin divanı bu diyarda tapılmır, İraq, Azərbaycan və Farsda məşhurdur.

Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” əsərində “Mövlana Həsən ibn Məhəmməd əl-Rami ət-Təbrizi bu ölkənin bəlağətli alimlərindən və şirindil şairlərindəndir” – deyərək Ramidən bəhs edir,onun aşiqanə şeirlər müəllifi kimi tanınması və dövrünün diqqətəlayiq söz ustalarından biri olması barədə məlumat verir.

Məhəmmədəli Tərbiət Rami Təbrizinin poeziya sənətində bacarıqlı və usta hesab edir, "Hədiq əl-Sehr və Tavat"dan fərqli olaraq, Sultan Üveys adı ilə "Hədiq əl-Həqqayq" adlı bir kitab yazdığını, "Ənis əl-İshaq"ın onun əza və orqan sinonimləri toplusu, habelə "Sevgililərin təsvir gəmisi" adlanan digər əsəri olduğunu, bu üslub və tərzdə fars dilində unikal əsər yazdığını bildirir.

Raminin “Ənisül-üşşaq” əsəri 19 babdan ibarətdir. Hər babda insan üzünün və vücudunun bir üzvünə həsr edilən ədəbi nümunələr əsasında poetik təsvir və ifadə vasitələrindən bəhs edilir. Ərəb və farsdilli ədəbiyyatdan gətirilən misra və beytlərdə iş-lədilən təşbehlərin elmi təsnifi verilir. Bədii nümunələrin seçimi və təhlil edilməsi zamanı Raminin yüksək ədəbi zövqü, zəngin mütaliəsi, Şərq poetikasının incəliklərinə dərindən bələd olması diqqəti cəlb edir.

Birinci bab zülfün sifətləri, ikinci bab alnın sifətləri, üçüncü bab qaşın sifətləri, dördüncü bab gözün sifətləri, beşinci bab kipriyin sifətləri, altıncı bab üzün sifətləri, yeddinci bab xəttin sifətləri, səkkizinci bab xalın sifətləri, doqquzuncu bab dodağın sifətləri, onuncu bab dişin sifətləri, onbirinci bab ağzın sifətləri, onikinci bab zənəxdanın (çənə) sifətləri, onüçüncü bab boynun sifətləri, ondördüncü bab sinənin sifətləri, onbeşinci bab biləyin sifətləri, onaltıncı bab barmağın sifətləri, onyeddinci bab qamətin sifətləri, onsəkkizinci bab belin sifətləri, ondoqquzuncu bab baldırın sifətləri haqqındadır.

Əsər təmtəraqlı, bədii bir dildə yazılmışdır. Misal üçün Bahar saqiləri lalə rəngli camı ortaya qoymuş, şəkər göftarlı mütrüblər saz çəmənində şadlıq məclisi qurmuşlar. Nərgis məst olduğundan qızılı tacını yan qoymuş və qönçə dolu camdan şükufə olaraq (açılaraq) yarpaqların arasından başını qaldırmış. Bu səbuh (şərabından) məst olmuşun ixtiyarı əlindən getmiş və o yoxluq (ədəm) yuxusunda olanların ixtiyar gözü açılmışdır. Raminin əsərində də təsəvvüf ədəbiyyatının insan hüsnünə verdiyi irfani mənalar qorunub saxlanılmaqla yanaşı, kamil gözəlliyin vəhdəti-vücudun rəmzi kimi götürülən insan vücudunun 19 üzvü məşhur söz ustalarının, dövrünün qüdrətli şairlərinin, eləcə də Raminin özünün şeirləri əsasında tədqiq edilir, onların ədəbiyyatda kəsb etdiyi məna incəlikləri açıqlanır. Əsərdə ən çox təşbehlər “gözəllik kitabının sərlövhəsi” olan zülfə aid edilir. Raminin qeyd etdiyinə görə ərəb dilində zülfə dair 33, farsdillilər arasında isə 100 təşbeh işlədilir.

Əsərdə ən çox bənzətmələr də zülfə aid edilir. Farsdillilər arasında zülfə 100 ad verilmişdir: 1) məna 2) səmənsa 3) bənəfşe 4) sünbül 5) nafə 6) nafeqoşay 7) meşkin 8) mişkbu 9) müşkrəng 10) müşkpaş 11) müşkbin 12) müşkriz 13) müşkəngiz 14) ənbərfam 15) ənbərşekən 16) ənbərin 17) ənbərpaş 18) ənbərsa 19) ənbərbu 20) ənbərbar 21) ənbərbin 22) ənbərnəsim 23) ğaliyəgun 24) ğaliyərəng 25) ğaliyəfam 26) ğaliyəbu 27) qolpuş 28) səmənpuş 29) qəmərpuş 30) şam 31) şame-ğəriban 32) şeytan 33) şəb 34) şəbrəng 35) şəbe-Yelda 36) şəbe-deycur 37) şəbe-Qədr 38) omre-deraz 39) sayesa 40) sayepərvər 41) pərdeye-çəng 42) cim 43) Çin 44) Maçin 45) Hindustan 46) Zəngibar 47) hindu 48) lalə 49) siyahkar 50)siyahdil 51) delduz 52) delaviz 53) delgir 54) delbər 55)delruba 56) sərgə(r)dan 57) sərkeş 58) sərgəştə 59) sər bebad dade 60) sərəfraz 61) sərəfkənde 62) vəfadar 63) rəhzən 64) kəmənəndaz 65) kəməndəfkən 66) riştə 67) rəsən 68) rəsəntab 69) rəsənbaz 70) çənbər 71) çənbəri 72) dud 73) atəşpərəst 74) xurşidpərəst 75) kafir 76) kafərkiş 77) zünnar 78) çəlipa 79) çövkan 80) bənde-zəncir 81) şuzide 82) sevdayi 83) dam 84) zağ 85) por-şekən 86)həvadar 87) xəməndərxəm 88) badpeyma 89) pərişan 90) pərişankar 91) aşofte 92) aşoftekar 93) tabdar 94) tatar 95) biqərar 96) tarmar 97) behəm bər amade.

Belə bənzətmələri də dilçilər üçün maraq kəsb edib:: خرابیھا کند چشمش کھ نتوان گفت در عالم

چھ شاید کرد با مستی کھ خود را ناتوان داردDeyilişi:Xərabiha konəd çeşməş ke nətvan qoft dər aləm

Çe şayəd kərd ba məsti ke xod ra natəvan darəd. Tərcüməsi:(Gözün aləmdə elə xarabalıqlar edir ki sözlə demək mümkün deyil;

Özünə hakim olmayan (özünü idarə edə bilməyən) məstlə neyləmək olar? Zəhir Faryabi gözü işıqlı və nurlu olması baxımından günəşə bənzədir. Və gözə eyn deyirlər və günəşin çeşməsinə də həmçinin eyn deyirlər. Gözü ərəblər basirə, məqələ, nazira və ayn adlandırırlar. Və o dörd növdür.

Başqa bir beyti belədir:برو ای نرگس شھلا و بدان چشم مناز

ناز را جشم سیھ باید و مژگان درازDeyilişi:Bero, ey nərgise-şəhla və bedan çeşm mənaz,

Naz ra çeşme-siyəh bayədo mojqane-derazTərcüməsi:Get, ey şəhla gözlü, o gözlərlə naz etmə;

Naz etməyə qara göz və uzun kipriklər gərəkdir.Şəhla, kəşide (dartılmış), xabalud (yuxulu, məst), meygun (mey rəngli) – Bunlar lazım olan dörd xüsusiyyətdir. Və şəhla gözə əbri (buluda bənzər) də deyirlər. Və nərgiz gülünün kasasına da bənzədirlər”.

Əsərdəki təşbehlər öz orjinallığı ilə maraq doğurur. Məsələn, gözəlin kiprikləri ənənəvi ox, xəncər və s. bənzətmələrlə yanaşı, ayna tutan zənci uşaqlara, hörümçək ayaqlarına, badamın ətrafında həlqə şəklində toplanan qarışqa dəstəsinə və s. bənzədilir. Fazil, Əsirəddin Əxtəki, Məcnun Amiri, Ünsüri, Sultan Mahmud Səbüktəkin, Zəhirəddin Faryabi, Xaqani Şirvani, Nizami, Sədi, İmad Hürufi və s. şairləri yaradıcılığından gətirilən nümunələr maraqlı təşbehlərlə diqqəti cəlb edir. Ondoqquzuncu babdan sonra Rami şeir və sənət, şairlik, ədəbi istedad və təlim məsələləri barədə öz mülahizələrini verir. Sözün gəlinə, suya, inciyə və s. bənzədən şairlərin əsərlərindən nümunələr gətirilərək təhlil edilir. Şeirdə təşbehlər işlədilərkən mütanasibliyə riayət etməyin vacibliyi vurğulanır. Rami qeyd edir ki, əgər şeirdə ağız dirilik suyuna bənzədilirsə, o zaman xətt də yaşıllığa və ya ağız qızılgül qönçəsinə bənzədilirsə, o zaman dişlər də şəbnəmə bənzədilməlidir. Ağız sədəfə bənzədilən zaman, dişlərin inciyə bənzədilməsi daha gözəl olar ki, bənzədilənlə bənzəyən arasında tənasüb itməsin. Yaxud, üz gündüzə bənzədilirsə, zülf gecəyə, üz günəşə bənzədilirsə zülfün də buluda təşbeh edilməsi daha doğru olar.

Bu fikirlərdən görünür ki, Rami poetik mətnə kompleks yanaşmaya üstünlük verir. Onun fikrincə, sistemsiz, qeyri-mütənasib şəkildə işlədilən təsvir və ifadə vasitələri şeirdə gözəllik yaratmaqdan daha çox, qarma-qarışıqlıq, məntiqsizlik yarada bilər.

“Ənisül-üşşaq” əsəri ilk dəfə 1875-ci ildə K.Huart tərəfindən fransızcaya tərcümə olunaraq Parisdə nəşr edilmişdir. İranda ilk dəfə 1946-cı ildə nəşr edilmişdir. Lakin, təəssüf ki, görkəmli Azərbaycan şairi və ədəbiyyatşünasının bu əsəri hələ də tədqiqatdan kənarda qalmışdır.

Əlimizdə olan məlumatlara əsasən bu əsər İranda Tehran şəhərində 1325(1946)-ci ildə nəşr edilmişdir. Əsəri çapa Abbas İqbal hazırlamış, ön sözlə birlikdə nəşr etdirmişdir. Əsərin hicri 1376-cı ildə nəşr edilmiş bir nüsxəsi Azərbaycan Elmlər Akademiyasında saxlanır. Nüsxə “Ənisol-oşşaq” və çənd əsəre-degər şamil” adlanır. Kitabda Şərəfəddin Rami Təbrizinin “Ənisül-Üşşaq” əsəri ilə bərabər “Mənzumeyi-Baba Kuhi”, “Mənzumeyi-Dəhnamə” əsərləri, eləcə də Şərəfəddin Raminin “Əşar və ğəzəliyyat” başlığı altında verilən şeirləri və qəzəlləri, həmçinin “Risaleyi-Bədayeəs-Sənaye” əsəri toplanmışdır.

Kitabı nəşrə hazırlayan və tərtib edən Möhsün Kəyaninin geniş müqəddimə və tədqiqatı da daxil edilmişdir. Müəllif əsərin aşağıdakı çap nüsxələri olduğunu qeyd edir:

Bu əsər “Həyatül-həyəvan” əsərinin tərcüməsi ilə birlikdə, Kəmaləddin Dəmiri Misri tərəfindən hicri 1275-ci ildə daşbasması ilə nəşr edilmişdir. “Ənisül-Üşşaq” əsəri 21 səhifədən ibarət olaraq kitabın 178-199-cu səhifələrində natamam və qarışıq halda, “Həzə-kitabe-Ənisülüşşaq min təlife-Həsən Məhəmməd əl-müştəhir bir-Rami min elməl-əruz” başlığı altında altında verilmişdir. Bu kitab ikinci dəfə yenə həmin başlıq altında 1305-ci ildə yenidən nəşr edilmişdir. Miladi 1875-ci ildə fransız dilinə tərcümə edilmiş və Parisdə nəşr edilmişdir. 1334-cü ildə Tehranda Abbas İqbal tərəfindən nəşr edilmişdir.

Möhsün Kəyani kitabı nəşrə hazırlayarkən aşağıdakı nüsxələrə əsaslandığını qeyd edir:

Tehran Ədəbiyyat İnstitutundakı nüsxəyə (Nüsxə Tehran Universitetinin Mərkəzi kitabxanasında saxlanılır. Ziqədə ayının 11-i, 823-cü ildə üzü köçürülmüşdür. Əlyazma cəmi 95 səhifədir. B- 107 şifri altında saxlanmaqdadır). Səltənət Kitabxanasına məxsus əlyazma nüsxəsidir ki, onun əsasında Tehran Mərkəzi Kitabxanasında 3104 nömrəli mikrofilm hazırlanmışdır. Əncüməne-asare-Milli müəssisəsinə məxsus S- 5827 nömrəli əlyazma nüsxəsi. Bu nüsxə əsasında da Tehran Mərkəzi kitabxanası üçün 321 nömrəli mikrofilm hazırlanmışdır. Sonra isə filmdən 565 və 564 nömrəli surətlər çıxarılmışdır. Nüsxə 848-ci ildə köçürülmüşdür. Təbriz Milli Kitabxanasına aid olan əlyazma nüsxəsi T-2885 nömrəsi altında saxlanılır. 850-ci ildə köçürülmüşdür. Mərhum Abbas İqbalın düzəliş və tərtibatı ilə 1325-ci ildə nəşr edilmiş çap nüsxəsi.

M. Kəyani bu nüsxələri hər birində müəyyən qüsur və çatışmazlıqların olduğunu qeyd edir. Bu nüsxələri qarşılıqlı müqayisə edərək hazırladığını bildirir.

Əhməd Münzəvi “Fars əlyazmaları kataloqu” adlı əsərində “Ənisül-üşşaq” əsərinin İranın müxtəlif kitabxanalarında 44 əlyazma nüsxəsi haqqında məlumat verir. Bundan əlavə, “Ənisülüşşaq” əsərinin Rusiyada da iki nüsxəsi saxlanılmaqdadır:

Rusiya Elmlər Akademiyası, Sankt-Peterburq bölməsinin kitabxanası 1Şifri – V1005(841) Köçürülmə tarixi – XVII əsr. v. 22 a – 41b. M. E. Saltıkov-Şedrin adına Dövlət Ümumi kitabxanası. Şifri –NS-75. Köçürülmə tarixi – 1281/1864-65-ci illər. “Ənisul-üşşaq” əsərinin Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 5 əlyazma nüsxəsinə rast gəldik. Bunlar B/5973/29472, B/256/7521, A-399/15823, B-1373/4876, A-770/24410 şifrəli əlyazmalardır.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu filologiya elmləri namizədi Nizami Məhərrəmovun “Şərafəddin Rami Təbrizi və onun “Həqayiq ül-hədaiq” əsəri” kitabını nəşr etdirmişdir. “Nurlan” nəşriyyatında çap olunmuş bu kitab XIV əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan alimi Rami Təbrizinin normativ poetika sənətinin bir bölməsinə - bədii elminə həsr edilmişdir. Kitabın redaktoru filologiya elmlərti doktoru Kamil Hüseynoğludur.

24.07.2013-cü il tarixində “Elm və təhsil” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin tərcümə edərək nəşrə hazırladığı XIV əsr Azərbaycan şairi və ədəbiyyatşünası Şərəfəddin Rami Təbrizinin “Ənisül-üşşaq” əsəri çapdan çıxmışdır. İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, kitabda klassik ədəbiyyatda istifadə olunan təşbeh və məcazlar müxtəlif şairlərin yaradıcılığından gətirilən nümunələr əsasında tədqiq olunmuşdur. Nəşrin elmi redaktorları Azadə Musayeva və professor Əkrəm Bağırovdur.