"Flashing Lights" () — ABŞ repçisi Kanye Vestin 2007-ci ildə çıxan "Graduation" adlı üçüncü studiya albomunda yer alan mahnısı. Mahnıda R&B müğənnisi Dvel və avstraliyalı müğənni Konni Mitçell də səsini verir. Sözləri və musiqisi Kanye Vest ilə Erik Hadson tərəfindən birgə yazılıb. E. Hadson musiqinin əsas hissəsini öncədən tamamlasa da, daha sonra Kanye Vest ilə birgə canlı simli alətləri də işə qatıb.
"Roc-A-Fella Records" və "Def Jam Recordings" damğasını daşıyan mahnı noyabrın 20-də ABŞ-nin ritmik müasir radiolarına təqdim edilib. Hip-hop, elektro-rep və R&B elementlərini özündə birləşdirən bu mahnıda simli alətlər və sintetizatorlar ön plana çıxır. Mətnə gəldikdə isə Kanye Vest burada özünün bir qızın əlindən çıxa bilmədiyi mürəkkəb bir münasibətdən danışır, bundan başqa isə paparassiləri nasistlərə bənzədir.
Bəzi tənqidçilər bu mahnını hip-hopun gedişatını dəyişən əsərlərdən hesab edir. "Pitchfork"un 2000-ci illər üzrə onillik reytinqi də daxil olmaqla, müxtəlif nəşrlərin "dövrün ən yaxşıları" siyahılarına düşüb. 2009-cu ildə BMI R&B/Hip-Hop Mükafatlarında qalib mahnılar sırasına da adı yazılıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2007-ci ilin mahnıları