Əbür-Rəbi Süleyman ibn Müslüm ibn Cəmmaz əz-Zöhri (; v. 786-dan sonra) — on qiraət imamlarından Əbu Cəfər əl-Mədəninin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "جم" hərfləridir.

Bioqrafiyası Doğum tarixi naməlumdur. Bəni Zöhrə qəbiləsinin mövlasıdır.

Qiraəti Əbu Cəfər əl-Mədəni, Şeybə ibn Nəsah və Nafi ibn Əbdürrəhmandan öyrənmişdir. Ondan isə Əbu İshaq İsmayıl ibn Cəfər əl-Mədəni və Quteybə ibn Mehran qiraət öyrənmişdir. Quteybə ibn Mehranın bildirdiyinə görə o, tələbələrinə Nafinin qiraətini öyrətmiş, lakin özü Əbu Cəfərin qiraətini seçdiyini deyərmişdir.

Zəhəbi də İbn Cəmmazın Nafi ibn Əbdürrəhman tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Onun ölüm tarixi haqqında isə müxtəlif versiyalar vardır. Belə ki, Zəhəbi hicri 169-cu (785) il tarixdə və ondan əvvəl, İbn əl-Cəzəri isə hicri 170-ci (786) ildən sonra vəfat etdiyini demişdir.

Həmçinin bax İbn Vərdan

İstinadlar