Meklenburqlu Mariya (; ) — Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin qızı, böyük knyaginya.

1854-cü ildə Lüdviqslustda dünyaya gəldi. Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin ilk evliliyindən doğulan ən böyük qızıdır.

1871-ci ildə ailəsiylə birlikdə Almaniyaya səfərə çıxan çar II Aleksandrın oğlu böyük knyaz Vladimirlə tanış oldu. Hər ikisi də rus çarı I Pavelin şəcərəsinə mənsub idi. Daha öncəki nişanı pozuldu. Onun pravoslav məzhəbinə keçməkdən imtina etməsi isə cütlüyün nişanlanmasını 2 il gecikdirdi. Nəhayət, II Aleksandrın verdiyi icazəylə cütlük 1874-cü ilin aprelində nişanlandı. 28 avqust 1874-cü ildə Sankt-Peterburqdakı Qış sarayında evlənən cütlüyün 5 övladı doğulsa da, bunlardan ilki uşaq yaşlarda vəfat etdi. Evliliyin ardından Mariya Pavlovna () adını aldı və ərinin ölümündən qısa müddət öncə - 10 aprel 1908-ci ildə rus pravoslav məzhəbini qəbul etdi.

Aleksandr Vladimiroviç (31 avqust 1875 - 16 mart 1877) Kiril Vladimiroviç (12 oktyabr 1876 - 12 oktyabr 1938) Boris Vladimiroviç (24 noyabr 1877 - 9 noyabr 1943) Andrey Vladimiroviç (14 may 1879 - 30 oktyabr 1956) Yelena Vladimirovna (29 yanvar 1882 - 13 mart 1957)

Ərinin 1909-cu ildə ölümündən sonra qalan ömrünü yalnız qara geyimlər geyindi. Ard-arda qız uşağı dünyaya gətirən və yeganə oğlu hemofiliya xəstəsi olan çar II Nikolay və Çariça Aleksandra ilə münaisbətləri pis idi. Buna səbəb isə, özünün 3 oğlunun taxt sıralamasında öndə olması idi. Üstəlik çarın qızlarından Knyaginya Olqanı ikinci oğlu Borislə evləndirmək təklifi çariça tərəfindən kobudcasına geri çevrilmişdi. Böyük oğlu Kirilin isə çarın icazəsi olmadan evlənməsi nəticəsində bütün ünvanları əlindən alınmışdı.

Öz şəxsi cəvahirat kolleksiyası ilə məşhur idi. Ulu nənəsi Böyük Yekaterinanın 10 karatlıq bir zümrüd daşı və Jozefina Boharnenin 5 karatlıq yaqut daşı onun kolleksiyasının ən dəyərli parçası idi. 1899-cu ildə evliliklərinin 25 illiyi münasibətiylə dəyərli cəvahiratlar hədiyyə aldı. Fevral inqilabının ardından bütün cəvahirat kolleksiyasını ailə dostlarından birinin vasitəsilə Avropaya qaçırtdı. Ölümündən sonra isə övladları bu cəvahiratları sataraq yaşadılar.

Buna baxmayaraq, Birinci Dünya müharibəsi illərində çarı dəstəklədi. Alman əsilli olmasına baxmayaraq qatı II Vilhelm düşməni idi. Cəbhədən qayıdan yaralı əsgərlərin müalicəsi və qorunması üçün əlindən gələni etdi.

Mariya Fevral inqilabının ardından Rusiyanı tərk edən son, sürgündə vəfat edən isə ilk Romanov nümayəndəsi idi. 2 kiçik oğluyla Şimali Qafqazda gizləndi və böyük oğlu Kiril Vladimiroviçin taxta çıxacağına ümid edirdi. Bolşeviklərin bölgəni ələ almasının ardından kiçik bir qayıqla Anapaya qaçdılar və 14 ay boyunca burda qaldılar. 13 fevral 1920-ci ildə Venesiyaya gedən bir gəmiylə Rusiyadan qaçdılar. Venesiyadan İsveçrəyə, ardından Fransaya qaçdılar. Burada səhhəti pisləşdi və 6 sentyabr 1920-ci ildə yaşadığı villada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Gelardi, Julia (24 April 2012). The Romanov Women: From Spendour to Revolution from 1847-1918 (Reprint ed.). St. Martin's Griffin. pp. 175–177. ISBN 978-1250001610 Morgan, Diane (2007). From Satan's Crown to the Holy Grail: Emeralds in Myth, Magic and History. Westport, Ct: Praeger. pp. 134. ISBN 9780275991234

Julia P. Gelardi, From Splendor to Revolution; The Romanov Women 1847-1928, St. Martin's Griffin, 2011, Robert K. Massie, Nicholas and Alexandra, Dell Publishing Co., 1967, John Curtis Perry and Constantine Pleshakov, The Flight of the Romanovs, Basic Books, 1999,

İstinadlar Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almanlar