Kolibri əməliyyatı () — yüksək tezlikli ticarət və birjaya birbaşa çıxışın ultra-aşağı ləngiməsi haqqında olan Kanada və Belçika müştərək istehsalı olan dramatik triller filmi. Filmin ssenari müəllifi və rejissoru Kim Nquen, prodüseri isə Pyer Evendir. Baş rollarda Cessi Ayzenberq, Aleksandr Skarsqard, Maykl Mendo, Sara Qoldberq və Salma Hayek çəkilmişdirlər.

Filmin dünya premyerası 8 sentyabr 2018-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. ABŞ-də isə 15 mart 2019-cu ildə The Orchard şirkətinin distribütorluğu tərəfindən nümayiş olunmuşdur.

Süjet

Birja maklerləri olan Vinsent və Anton Zalevski yüksək tezlikli ticarət sahəsində bir ideyanı reallaşdırmaq qərarına gəlirlər. Onlar minimum gecikmə müddətini təmin etmək üçün Kanzas və Nyu-York birjaları arasında məlumat ötürücü kabel çəkməyi planlaşdırırlar. Bu, onlara rəqabət üstünlüyü qazandıracaqdı. Bunun üçün kabel ən qısa marşrut üzrə çəkilməlidir.

Qardaşlar işlədikləri şirkətdən ayrılaraq öz işlərini yaradır, investorlar tapır və kabelin çəkilişinə başlayırlar. Onların keçmiş rəhbəri Eva Torres Zalevskilərin təşəbbüsündən xəbər tutduqda rəqabətə qoşulur və problemə fərqli tərəfdən yanaşır. O, yeni protokolun köməyi ilə mikrodalğalı rabitə retranslyatorları sistemi vasitəsilə qabaqcıl məlumat ötürmə texnologiyası haqqında öyrənir. Qüllələr şəbəkəsinin tikintisi kabel çəkilişindən daha ucuz başa gəlir və o başa düşür ki, layihəni birinci başa çatdıra bilər. Tərəflər bir-birinə mane olmağa çalışırlar və nəticədə heç kim layihəni tam reallaşdıra bilmir.

Rollarda

Tənqid

Rotten Tomatoes rəy aqreqatorunda film 123 tənqidçinin rəyi əsasında 58% "yaxşı" () reytinqi almışdır. Saytın konsensusunda deyilir: "Ağıllı və yaxşı çəkilmiş, lakin uğursuz olan bu film, eyni zamanda ssenarist və rejissor Kim Nquenin filmoqrafiyasını tamamlayır".

The Guardian qəzetindən Mayk Makkehil filmə beş ulduzdan ikisini verərək belə nəticəyə gəlmişdir: "Biz maraqlı süjet, dekorasiyalar və məkanlar gördük. Lakin süjet döngələrinin sayını nəzərə alsaq — tamaşaçılarda baxışdan sonra cavabsız qalacaq çox sayda sualın yaranacağına zəmanət verirəm".

İstinadlar

Xarici keçidlər

The Hummingbird Project at Library and Archives Canada

Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:Kanadanın triller filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin triller filmləri Kateqoriya:2018-ci ilin triller filmləri Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Rejissor Kim Nquenin filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:ABŞ-nin triller dram filmləri