Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və ya qısaca Dəmiryol PTM — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən, dəmiryol nəqliyyatı və metropoliten sahələri üzrə ixtisaslı kadrlar hazırlayan dövlət peşə təhsili müəssisəsidir.
Tarixi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tarixi 1923-cü ildən başlayır. Belə ki, bu təhsil ocağı həmin ildən fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamışdır. 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. 1969-cu ildən burada şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb.Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi haqqında məlumat.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli 405 nömrəli Qərarına əsasən 2 nömrəli Bakı Peşə Məktəbi ilə birləşdirilmiş və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır.Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Mərkəzin yaradılmasında əsas məqsəd ölkənin strateji əhəmiyyətli nəqliyyat qovşaqları olan "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC-nin artan kadr tələbatını ödəmək, həmçinin müasir texnologiyalara bələd olan mütəxəssislər yetişdirməkdir.
İxtisaslar Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris 10 istiqamət üzrə nəzəri və praktiki olaraq həyata keçirilir.
Elektrik qatarının maşinisti Elektrovoz maşinisti Teplovoz maşinisti Metropolitenin stansiya növbətçisi Vaqon baxıcısı-təmirçisi Dəmiryol stansiyasının növbətçisi Kontakt şəbəkəsinin elektrik montyoru Yolun və süni qurğuların cari təmiri və saxlanması üzrə briqadir Texniki xidmət məntəqələrində lokomotiv baxıcısı və təmiri-çilingər İşarəvermə, mərkəzləşdirmə, bloklama qurğularının təmiri və xidməti elektrik montyoru
Maddi-texniki bazası Mərkəzin infrastrukturu tələbələrin peşəkar vərdişlərə yiyələnməsi üçün zəruri avadanlıqlarla təchiz edilmişdir:
Simulyator otaqları: Maşinistlərin hazırlığı üçün real qatar idarəetmə simulyatorları. Emalatxanalar: Çilingər, elektrik və montaj işləri üçün xüsusi təchiz olunmuş sexlər. Laboratoriyalar: Avtomatika, telemexanika və rabitə sistemlərinin öyrənilməsi üçün laboratoriyalar. İdman zalı və kitabxana.
İstinadlar
Xarici keçidlər https://demiryol.edu.az/ — mərkəzin rəsmi saytı
Dəmiryol PTM — Facebook səhifəsi
Dəmiryol PTM — Instagram səhifəsi
Dəmiryol PTM — YouTube kanalı
https://short-url.cc/AzrbaycanMilliKitabxanas — mərkəzin ictimai-mədəni uğuru
Həmçinin bax Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Peşə Təhsili üzrə Dövlət Agentliyi
Peşə Təhsil Mərkəzləri
Kateqoriya:Azərbaycan təhsil müəssisələri Kateqoriya:1923-cü ildə Azərbaycanda yarananlar