Mir Əsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası — Azərbaycanın Bakı şəhərində yerləşən, çoxprofilli tibbi xidmətlər göstərən ən iri dövlət səhiyyə müəssisələrindən biri. Xəstəxana Azərbaycan cərrahı, akademik Mir Əsədulla Mirqasımovun adını daşıyır və hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir. Müəssisə həm stasionar, həm də ambulator xidmətlər göstərməklə yanaşı, ölkənin tibbi təhsil sistemində tədris bazası rolunu oynayır.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi saytı — Respublika Klinik Xəstəxanası barədə
Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazasıdır. Respublika Klinik Xəstəxanası eyni zamanda tibbi kadr hazırlayan Azərbaycan Tibb Universitetinin və Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun, 1 saylı tibb texnikumu və 2 saylı tibb texnikumunun tədris bazasıdır. İcbari tibbi sığortanın tətbiqi ilə Respublika Uşaq Klinik Xəstəxanası 2021-ci il 28 may tarixində Respublika Klinik Xəstəxanasının nəzdinə verilmişdir.
Tarixi və fəaliyyəti thumb|right|Giriş banneri. thumb|right|Stomoloji mərkəz.
Respublika Klinik Xəstəxanasının əsası 1961-ci ildə qoyulmuşdur və fəaliyyətə başladığı dövrdən etibarən ölkənin əsas ixtisaslaşdırılmış tibb mərkəzinə çevrilmişdir. Bu dövr ərzində xəstəxanada bir neçə dəfə əsaslı təmir və yenidənqurma işləri aparılmış, onun maddi-texniki bazası yenilənmişdir. 2010-cu illərin əvvəllərində həyata keçirilən genişmiqyaslı rekonstruksiya işlərindən sonra müəssisə ən müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz edilmişdirAzərbaycan Respublikası Prezidentinin rəsmi saytı: Respublika Klinik Xəstəxanasında yenidənqurma işləri.
Tibbi xidmətlər və strukturu |thumb|right|1-ci və 2-ci korpus.
Xəstəxananın müalicə şöbələrində tibbi təhsil müəssisələrinin 11 kafedrası, o cümlədən Azərbaycan Tibb Universiteti üzrə; urologiya, cərrahi xəstəliklər və farmakoterapiya kafedraları; Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunun 2-ci terapiya, nefrologiya, nevrologiya və fizioterapiya, mama-ginekologiya, rentgenologiya, hematologiya, anestaziologiya-reanimasiya, üz-çənə cərrahiyəsi və otorinolarinqologiya kafedraları fəaliyyət göstərir.
Dağınıq skleroz üzrə Dövlət proqramı 2013-cü il yanvar ayında Respublika Klinik Xəstəxanasında xidmət göstərməyə başlamışdır. Bu müddət ərzində 550 nəfər müraciət etmiş, müayinə və müalicə aparılmışdır. Xəstələrə pulsuz Maqnit Rezonans Tomoqrafiyası və dərmanlarla təmin olunmuşdur.
Elmi-Praktik Hemofiliya Mərkəzi 1973-cü ildə Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsində yaradılmışdır. Bu mərkəzdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun hematologiya kafedrasının və Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları birgə çalışırlar. "Hemofiliya və Talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət proqramı" 2006-cı ildən Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
İcbari tibbi sığorta və təhsil Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar olaraq, Respublika Klinik Xəstəxanası bu sistem çərçivəsində xidmət göstərən əsas tibb müəssisələrindən birinə çevrilmişdir. Vətəndaşlar sığorta zərfi daxilində xəstəxananın təklif etdiyi geniş çeşidli tibbi xidmətlərdən yararlana bilirlər. Bundan əlavə, xəstəxana Azərbaycan Dövlət Tibb Universitetinin müvafiq kafedraları üçün əsas klinik baza rolunu oynayır, burada gənc kadrların və rezidentlərin praktiki hazırlığı həyata keçirilir.
İstinadlar
Kateqoriya:Azərbaycan xəstəxanaları Kateqoriya:Bakı xəstəxanaları