Təlxis əl-Müstədrək () — Zəhəbinin Hakim ən-Nisaburinin "əl-Müstədrək" əsərinə yazdığı tənqidi ixtisar. Bu əsərin digər bir adı "Müxtəsər əl-Müstədrək"dir.

Əsər Bu əsər "əl-Müstədrək"lə bağlı ən mühüm elmi tədqiqat hesab olunur. Əsərdə "əl-Müstədrək"dəki mövzu (uydurma), zəif və münkər hədislər göstərilmiş və "əl-Müstədrək"in Buxari və Müslümün kriteriyalarına uyğun gəlmədiyi qeyd edilmişdir.

"Təlxis əl-Müstədrək" İbn əl-Müləqqin tərəfindən xülasə edilmiş, həm Zəhəbinin, həm də Hakim ən-Nisaburinin xətaları göstərilmişdir. İbn Həcər əl-Əsqəlani isə bu əsərə bəzi qeydlər əlavə edərək "ət-Təliq alə Müstədrəkil-Hakim" əsərini ərsəyə gətirmişdir.

"Təlxis əl-Müstədrək" "əl-Müstədrək"lə birlikdə dəfələrlə nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar