Boris Yakovleviç Podolski (; ) — yəhudi mənşəli rus-amerikalı fizik. O, Albert Eynşteyn və Natan Rozen ilə birlikdə dolaşıq dalğa funksiyaları və EPR paradoksu üzərində apardığı işləri ilə tanınır.
Təhsili
Boris Podolski 1896-cı ildə Rusiya imperiyasının Don Voyskosu Vilayətinin Taqanroq şəhərində, yoxsul bir yəhudi ailəsində anadan olmuş və Taqanroq Gimnaziyasında təhsil almışdır. 1913-cü ildə Amerika Birləşmiş Ştatlarına köçmüşdür. 1918-ci ildə Cənubi Kaliforniya Universitetində elektrotexnika mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra ABŞ ordusunda xidmət etmiş, daha sonra isə Los-Anceles Elektrik Enerjisi və İşıqlandırma Bürosunda çalışmışdır.
1926-cı ildə Cənubi Kaliforniya Universitetində riyaziyyat üzrə magistr dərəcəsi almışdır. 1928-ci ildə o, Kaliforniya Texnologiya İnstitutunda (Caltech) Paul Sofus Epşteynin rəhbərliyi altında nəzəri fizika üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:29 iyunda doğulanlar Kateqoriya:1896-cı ildə doğulanlar Kateqoriya:Taqanroqda doğulanlar Kateqoriya:28 noyabrda vəfat edənlər Kateqoriya:1966-cı ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Leypsiq Universitetinin müəllimləri Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:Cənubi Kaliforniya Universitetinin məzunları