Piter van Muşenbruk (; ) — hollandiyalı alim. O, Duysburq, Utrext və Leyden universitetlərində professor kimi fəaliyyət göstərmiş, riyaziyyat, fəlsəfə, təbabət və astronomiya sahələrində müvafiq vəzifələr tutmuşdur. 1746-cı ildə ilk kondensatorun — Leyden bankasının ixtirası ona aid edilir. O, sıxılmış dayaqların burxulması (boyuna əyilməsi) mövzusunda qabaqcıl tədqiqatlar aparmışdır. Muşenbruk həmçinin 1729-cu ildə dartılma, sıxılma və əyilmə sınaqları üçün nəzərdə tutulmuş sınaq maşınlarının təfərrüatlı təsvirini verən ilk alimlərdən biri olmuşdur. Dinamik plastiklik probleminin erkən nümunələrindən biri onun 1739-cu ildə dərc olunmuş elmi işində (taxta kürənin zərbəsi ilə hərəkətə gətirilən taxta çubuğun yağa nüfuz etməsi formasında) təsvir edilmişdir.
Erkən həyatı və təhsili Piter van Muşenbruk 14 mart 1692-ci ildə Holland Respublikasının Leyden şəhərində anadan olmuşdur. Atası Yohannes van Muşenbruk, anası isə Marqareta van Straatendir. Əslən Flandriyadan olan Muşenbruklar təxminən 1600-cü ildən etibarən Leyden şəhərində yaşamışlar. Atası hava nasosu, mikroskop və teleskop kimi elmi cihazlar hazırlayan usta idi.
Muşenbruk 1708-ci ilə qədər Latın məktəbində təhsil almış, burada yunan, latın, fransız, ingilis, alman, italyan və ispan dillərini öyrənmişdir. O, Leyden Universitetində təbabət üzrə təhsil almış və 1715-ci ildə doktorluq dərəcəsi qazanmışdır. Muşenbruk həmçinin Londonda Con Teofil Dezaqülye və İsaak Nyutonun mühazirələrində iştirak etmişdir. O, fəlsəfə üzrə təhsilini 1719-cu ildə tamamlamışdır.
Muşenbruk Tanrının nizamının ontoloji sübutunu populyarlaşdıran holland mütəfəkkirlərinin ənənəsinə sadiq idi.David C. Lindberg, Ronald L. Numbers. God and Nature: Historical Essays on the Encounter Between Christianity and Science. University of California Press. p. 263 O, "Oratio de sapientia divina" (İlahi hikmət duası, 1744) əsərinin müəllifidir.
İstinadlar
Xarici keçidlər
Biography by Eugenii Katz Biography at Adventures in Cybersound Leiden jar, Leiden University List of Ph. D. students of Pieter van Musschenbroek
Kateqoriya:14 martda doğulanlar Kateqoriya:1692-ci ildə doğulanlar Kateqoriya:Leydendə doğulanlar Kateqoriya:19 sentyabrda vəfat edənlər Kateqoriya:1761-ci ildə vəfat edənlər Kateqoriya:Leydendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Niderland fizikləri Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:İxtiraçılar