Şahzadə Nikolay (; ) — Yunanıstan kralı I Georqun oğlu, şahzadə.
Həyatı 1872-ci ildə Afina yaxınlığındakı Tatoy sarayında dünyaya gəldi. Atası Yunanıstan kralı I Georq, anası isə Çar I Nikolayın nəvəsi Olqa Konstantinovnadır. Atasının köklü şəcərəsi səbəbilə həm Yunanıstan, həm də Danimarka taxt-tacının varisi hesab olunurdu. 29 avqust 1902-ci ildə dayısı Böyük knyaz Vladimir Aleksandroviçin qızı Yelena ilə evləndirildi. Cütlüyün bu nikahdan 3 qızı dünyaya gəldi.
Şahzadə Olqa Şahzadə Yelizaveta Şahzadə Marina
Mərkəzdən kənarda sakit bir həyat yaşayan cütlük 1917 Oktyabr inqilabı və Yunanıstanda muxtariyyətin ləğvindən sonra maddi sıxıntılar çəkməyə başladı. Sürgün edilən cütlük bir müddət Fransada yaşadı. Hər 3 qızını da Avropanın monarx ailələrinə gəlin köçürməsi ailənin maddi rifahını nisbətən yaxşılaşdırdı.
1936-cı ildə sürgün qərarı ləğv edildi və Şahzadə Nikolay xanımıyla birlikdə Afinaya döndü. Ancaq çox keçmədən 8 fevral 1938-ci ildə Afinada ürək çatışmazlığı səbəbilə vəfat etdi. Cənazəsi doğulduğu Tatoy sarayındakı ailə məzarlığına dəfn olundu.
Qalereya
Mənbə
Ədəbiyyat Clarke, William M. (2007). Romanoff Gold: The Lost Fortune of the Tsars. Stroud: Sutton Publishing. p. n10. ISBN 978-0-7509-4499-1 Bille-Hansen, A. C.; Holck, Harald, eds. (1933) [1st pub.:1801]. Statshaandbog for Kongeriget Danmark for Aaret 1933. Kongelig Dansk Hof- og Statskalender (in Danish). Copenhagen: J. H. Schultz A.-S. Universitetsbogtrykkeri. p. 16
İstinadlar