Zədül-müstəqni fi ixtisaril-Muqni () — İbn Qudamənin "əl-Muqni" adlı əsərinin müxtəsəri.
Əsər "Zədül-müstəqni fi ixtisaril-Muqni" əsərinin digər adı "Müxtəsərül-Muqni"dir.
Əsərdə yalnız Hənbəli məzhəbində üstün tutulmuş görüşlərə yer verilmişdir. Buhuti bu əsərə "ər-Rəvzül-mürbi" adlı şərh yazmışdır (Dəməşq: hicri 1304; Hindistan: hicri 1305; Qahirə: hicri 1324, 1348, 1352; naşir: Əhməd Məhəmməd Şakir və Əli Məhəmməd Şakir, Qahirə: 1954; naşir: Məhəmməd Əbdürrəhman Əvəd, Beyrut: 1985).
"Zədül-müstəqni" əsəri Səudiyyə Ərəbistanında orta səviyyəli dini məktəblərdə dərs vəsaiti kimi tədris olunur.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar