II Dünya Müharibəsi öncəsi Çexoslovakiya və Albaniya işğalları ilə bağlı narahat olan Türkiyə hökuməti 1939-cu ildə İngiltərə və Fransa ilə birgə bəyanat yayımladı. 19 Oktyabr 1939-cu ildə Ankarada bu iki dövlət ilə Türkiyə arasında ittifaq yaradıldı.Çelik, s. 57Özçelik, s. 255-256 Buna görə Aralıq dənizində bir müharibə baş verəcəyi təqdirdə üç dövlət bir-birinə yardım edəcəkdi. Maddələr arasında hərbi və maddi yardımdan da bəhs olunurdu. Lakin müharibə zamanı Türkiyə, Sovet Rusiya amilini əsas gətirərək müharibəyə faktiki olaraq qoşulmadı. 25 mart 1941-ci ildə Türkiyə ilə Sovet Rusiyası arasında hücumu önləyən bəyanat yayımlandı.Özçelik, s. 260 Eyni il Nasist Almaniyası ilə Sovet Rusiyası arasında hücum etməmə paktı qüvvədə olarkən Balkan Cəbhəsi başladı. İşğal ehtimalı üzərindən təzyiq göstərən Anti-Hitler koalisiyasına baxmayaraq Türkiyə münaqişəyə girmədi və Almaniyanın səfiri Von Papen vasitəsi ilə diplomatik əlaqələr inkişaf etdirildi; 18 iyun 1941-ci ildə Türk-Alman Dostluq Paktı imzalandı.Özçelik, s. 259Çelik, s. 55
Eyni zamanda Almaniyaya 90.000 ton xrom mədəninin satışı başladı, bunun qarşılığında Türkiyənin silah və nəqliyyat ehtiyacı Almaniya tərəfindən qarşılanacaqdı.Mumcu, s. 43 İmzalanan müqavilədən dörd gün sonra Barbarossa əməliyyatı başladı; 12 iyul 1941-ci ildə İngiltərə-Sovet Rusiya ortaq hərəkat müqaviləsi imzalandı.Mumcu, s. 37 Bu əməliyyatdan sonra Alman Xarici İşlər Naziri Ribbentrop, səfir vasitəsilə Alman qüvvələrinin Türkiyə üzərindən Qafqaza və İraqa çatdırılması üçün təzyiq göstərməyə başladı, bu istəyin yerinə yetirilməsi halında Türkiyəyə Balkanlarda bəzi torpaqların və Egey dənizində bir adanın verilməsi vəd edildi. Hər iki tərəfin təzyiqlərinə baxmayaraq Türkiyə müharibəyə girmədi, bu müddət ərzində Almaniya Stalinqrad döyüşünü uduzdu və Türkiyənin balans siyasəti davam etdi. Hər iki tərəflə imzalanan hücum etməmə paktlarına baxmayaraq Türkiyə ehtiyatlı davranırdı; çünki qonşu ölkə İran, hücum etməmə paktına baxmayaraq Avqust 1941-də SSRİ-Britaniya birgə hücuma məruz qaldı, eyni qaydada hücum etməmə paktı imzalanandan 2 il keçmədən Almaniya da Sovet Rusiyasına hücum etmişdi.Özçelik, s. 260-261 14 yanvar 1943-cü ildə İttifaq dövlət başçılarının iştirakı ilə Kasablanka Konfransı keçirildi, konfransda Türkiyənin gücləndirilməsi və müharibəyə qoşulması qərara alındı.Köklü, s. 52-53Özçelik, s. 261 Məqsəd, Nasist Almaniyasının müttəfiq dövləti Rumıniyadakı neft quyularını vurmaq idi. Konfransdan sonra ABŞ-ın diplomatik və maddi əlaqələri İngiltərə vasitəsilə qurmağı üstün tutması Türkiyədə etiraza səbəb oldu. Balkanda yeni bir cəbhə açmağı düşünən Çörçil, bu cəbhədə Alyansın Türkiyənin də dəstəyini təmin etmək üçün 30 yanvar 1943-cü ildə Adanaya gəldi.Çelik, s. 72 Adanadan 23 kilometr uzaqlıqda yerləşən Yenice stansiyasında bir qatar vaqonunda keçirilən Yenice görüşlərində, Sovetlərə olan etimadsızlıq və türk ordusunun avadanlıqsızlığı səbəbindən Çörçillin tələbləri rədd edildi. Regionda mövcud olan Almaniya ilə əlaqələri zəiflətməmək üçün mətbuat vasitəsilə Türkiyənin xarici siyasətdə dəyişiklik etməyəcəyi açıq şəkildə bildirildi.Çelik, s. 73 1943-dən sonra Alyansların təzyiqləri davam etsə də, Türkiyənin balans siyasəti bir müddət davam etdi, Alyansların müharibədə üstünlüyü Türkiyə-Almaniya münasibətlərinə də təsir etdi və 20 aprel 1944-də Almaniyaya xrom çatdırılması dayandırıldı.Çelik, s. 84 Müttəfiqlər, çatdırılması dayandırılmasa embarqo tətbiq edəcəklərini bildirmişdilər. Almaniyanın buna reaksiyası səfir vasitəsilə nota vermək oldu.Çelik, s. 85 1944-cü ilin avqustunda Bolqarıstan Krallığı müharibədən çıxdı və ölkəyə Sovet ordusu daxil oldu; bu hadisələrlə paralel olaraq Türkiyə Almaniya və Yaponiya ilə bütün əlaqələrini kəsdiyini elan etdi.Çelik, s. 86 Müttəfiqlərin Birləşmiş Millətlərə üzv olmaları üçün gətirdiyi şərt səbəbindən Türkiyə 23 Fevral 1945-də Almaniya və Yaponiya ilə müharibə elan etmişdir, lakin heç bir türk əsgəri müharibədə iştirak etməmişdir.Özçelik, s. 266 İkinci Dünya Müharibəsinin başladığı 1 sentyabr 1939-dan bitdiyi 7 may 1945-ə qədər Türk ordusuna bağlı birliklərdən ölənlərin sayı 1951-ci ildə Milli Müdafiə Naziri Hulusi Köymen tərəfindən açıqlanmışdır. Türk ordusu gündə orta hesabla 13 əsgər, ümumilikdə 22663 əsgər itirmişdir. + 1939-1945 illərdə Türk Ordusunda ölüm sayı İllər Ölüm Sayı 1939 519 1940 4976 1941 3319 1942 4680 1943 3308 1944 3605 1945 3794 II Dünya Müharibəsi dövründə Türkiyənin müharibəyə girməmə meyli səbəbi ilə müxtəlif siyasət dəyişikliklərinə gedilmiş və ölkə daxilində müharibənin sosial-iqtisadi təsirləri görülmüşdür.Dinç, s. 4 Berlin-Roma-Tokio oxu və Müttəfiq dövlətlərin tələblərinə baxmayaraq, Türkiyə faktiki olaraq müharibəyə qatılmadan 23 Fevral 1945-ci ildə rəsmi olaraq müharibə elan etməklə kifayətlənmişdir.Keser, s. 185Bülbül, s. 1Özçelik, s. 253 Müharibədə Yunanıstana yardım, Türkiyəyə sığınan qaçqınların baxımı, ordunun silah altında saxlanılması, xarici ticarətin ciddi zərər görməsi səbəbindən yoxsulluq və bahalıq müşahidə edildi.Bülbül, s. 10-26Keser, s. 186 Bu da Varlıq Vergisi (Türkiyə) kimi, çörəyin talon vasitəsilə paylanması kimi tətbiqlərə səbəb oldu.Aksanyar, s. 382-384Dokuyan, s. 198-200Bülbül, s. 23 Müharibənin təsiri ilə 1938-dən 1945-ə idxal təxminən 1.000.000 ton; ixrac isə 1.800.000 ton azaldı. Ölkədə əhalinin artmasına baxmayaraq, kənd təsərrüfatı istehsalının 1938-dən 1945-ə qədər 3.000.000 ton azalmasıBülbül, s. 5 daha çox iqtisadi tədbirlər görülməsinə səbəb oldu, qismən vətəndaşların əlindəki kənd təsərrüfatı, heyvan və meşə məhsullarına əl qoyuldu. Dövrün baş naziri Şükrü Saracoğlu, 11 noyabr 1942-də etdiyi çıxışında səbəbin ordunu və ölkəni təhlükəsizlik altında saxlamaq olduğunu bildirdi.
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsində siyasət