Maraş qətliamı (; ) — 1978-ci ilin dekabrında Türkiyənin Qəhrəmanmaraş şəhərində, əsasən neofaşist "bozqurdlar" tərəfindən, yüzdən artıq solçu və ələvinin qətlə yetirilməsi ilə nəticələnmiş kütləvi zorakılıq hadisəsi.
Qətliamdan sonra hərbi vəziyyət elan edilmişdir, lakin bu addım zorakılıq dalğasını dayandıra bilməmiş, hadisələr Çorum və Konya kimi digər şəhərlərə də yayılmışdır.
Zəmin
Qəhrəmanmaraşda baş verən hadisələr 19–26 dekabr 1978-ci il tarixlərini əhatə etmişdir. Hadisələr əsasən sağçıların getdiyi bir kinoteatra atılan bombayla başlamışdır. Daha sonra solçuların bombanı atdığına dair şayiələr yayılmışdır. Növbəti gün solçuların tez-tez toplaşdığı bir qəhvəxanaya da bomba atılmışdır.The daily Zaman of 25 December 2008 Türkiye'yi sıkıyönetime götüren viraj: Maraş olayları The curve taking Turkey to martial law: the incidents of Maraş; accessed on 1 May 2011
21 dekabr 1978-ci il axşamı solçu kimi tanınan müəllimlər Hacı Çolaq və Mustafa Yüzbaşıoğlu evlərinə gedən zaman qətlə yetirilmişdir. Onların dəfn mərasimi ertəsi gün keçirilməli idi, lakin namazın qılınacağı məscidin qarşısında silahlı toqquşmalar başlamış və mərasim baş tutmamışdır. Günün sonunda üç nəfər öldürülmüş, mülklər və iş yerləri dağıdılmışdır.
Qətliam
Sonrakı beş gün ərzində, əksəriyyəti qadınlar və uşaqlar olmaqla, yüzdən artıq insan evlərində öldürülmüşdür. Maraşın bəzi hissələri dağıdılmış, şəhərdə komendant saatı tətbiq edilmişdir. Nə ordu, nə də polis baş verən zorakılıqları dayandırmağa cəhd göstərmişdir.
23 dekabrda izdihamlar ələvilərin yaşadığı məhəllələrə hücum etmiş, insanlara qarşı zorakılıq tətbiq etmiş, evləri və mağazaları dağıtmışdır. Türkiyənin İnqilabçı Həmkarlar İttifaqları Konfederasiyasının (DİSK), Türkiyə Müəllimlər Birliyinin (TÖB-Der), Polis Məmurları Dərnəyinin (Pol-Der) və Cümhuriyyət Xalq Partiyasının (CHP) ofisləri də daxil olmaqla bir çox bina dağıdılmışdır.Maraş Massacre 24 December 1978 , website of the Pir Sultan Abdal Kültür Derneği (Cultural Association Pir Sultan Abdal), accessed on 1 May 2011
26 dekabrda şəhərdə vəziyyət nəzarət altına alınmış, hökumət on üç vilayətdə hərbi vəziyyət elan etmişdir. Qurbanların böyük əksəriyyəti şəhərin sünni əhalisinin üstünlük təşkil etdiyi ərazilərində yaşayan, Tuncelidən köçmüş kürd ələvilər olmuşdur.
Məhkəmə prosesləri zamanı şahidlər qurbanlardan tez-tez hücum edənlər tərəfindən müsəlman və türk olduqlarını sübut etmələrinin tələb edildiyini bildirmişlər.
Həlak olanların sayı ilə bağlı rəqəmlər mənbələrə görə bir qədər fərqlənir. "Bianet" Müstəqil Kommunikasiya Şəbəkəsinə görə 111 nəfər öldürülmüşdür,Remembering the Maras Massacre in 1978 26 December 2007; accessed on 1 May 2011 "Zaman" qəzeti ölənlərin sayını 105 nəfər olaraq göstərmişdir.'Maraş olayları tezgâh, yüzleşmek istiyorum' "The Maraş incidents are a trap, I want to be confronted, Zaman of 20 April 2008, accessed on 1 May 2011
Nəticəsi
Şahidlər arasından Seyho Dəmir bildirmişdir ki, hadisələr zamanı Maraş Polis Rəisi Əbdülqədir Ağsu olmuşdur və qətliam Milli Kəşfiyyat Təşkilatı, Milliyyətçi Hərəkat Partiyası (MHP) və islamçıların birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. O, Maraşa gəldikdən sonra dövlət xəstəxanasında yaralıların aşağı mərtəbədən aparılaraq öldürüldüyünü eşitdiyini qeyd etmişdir. Hadisəni araşdıran vəkil Xəlil Güllüoğlunun sənədlərinin heç vaxt ictimaiyyətə açıqlanmadığını və onun da bu işi təqib etdiyinə görə öldürüldüyünü bildirmişdir.
Məryəm Polat evlərin yandırıldığını, bir uşağın qazan içində yandırıldığını, ailəsinin zirzəmidə gizlənərək sağ qaldığını, lakin evlərinin tamamilə külə döndüyünü ifadə etmişdir.
Hərbi məhkəmələrdə açılmış işlər 1991-ci ilə qədər davam etmiş, Antiterror Qanunu qəbul edildikdən sonra yekunlaşmışdır. Ümumilikdə 804 müttəhim mühakimə olunmuş, 29 nəfərə ölüm hökmü, yeddi nəfərə ömürlük həbs, 321 nəfərə isə 1 ildən 24 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilmişdir. 1991-ci ildə qəbul edilmiş qanun nəticəsində bütün müttəhimlər 1992-ci ilə qədər azadlığa buraxılmışdır.
Məsuliyyət
Hadisələrdən sonra daxili işlər naziri təyin edilən Həsən Fəhmi Günəş qətliamın planlaşdırılmış olduğu qənaətində olmuşdur. Ankarada fəaliyyət göstərən "1968-lilər Dərnəyi"nin sədri Ruşen Sümbüloğlu təxribatın əks-partizan tərəfindən təşkil edildiyini iddia etmişdir. "Pir Sultan Abdal Mədəniyyət Dərnəyi"nin sədri Fövzi Gümüş ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin və "dərin dövlət"in hadisələrdə rol oynadığını irəli sürmüşdür.
Ələvi Bəktaşi Federasiyasının prezidenti Turan Əsər qətliamın 29-cu ildönümündə çıxış etmiş və bildirmişdir ki, hadisələrdən əvvəl "əks-partizan və irqçi paramilitar imperialist muzdlular eyni ölkənin vətəndaşları arasında nifrət toxumları səpməyə çalışmışdır".
Məxfi bir sənəd MİT-in hadisələri planlaşdırdığını ortaya qoymuşdur. Hadisələrlə bağlı mühakimə olunan Ökkeş Şendiller sonradan millət vəkili seçilmiş və Böyük Birlik Partiyasının (BBP) qurucularından biri olmuşdur.Taken from Ökkeş Şemdinler on Free Radio ; accessed on 1 May 2011
30 aprel 2011-ci il tarixində "İnqilabçı Müharibə" təşkilatının üzvü olduğu iddia edilənAn offspring of THKP/C (see tree of leftist organizations ); accessed on 1 May 2011 Həmid Qapan Qəhrəmanmaraşda hərbi vəziyyətə cavabdeh olan general Yusif Haznedaroğlunu işgəncələrə görə məsul tutmuşdur.'İki arkadaşım işkencede öldü' Two friends died under torture, daily Radikal of 30 April 2011, accessed on 1 May 2001German translation of the article in Turkish to be found at new accusations against the general ; Democratic Turkey Forum, report for April 2011, accessed on 1 May 2011
İstinadlar
Kateqoriya:Kürdlərin təqibi Kateqoriya:Ələvilik Kateqoriya:Poqromlar Kateqoriya:Türkiyədə terror hadisələri Kateqoriya:Qəhrəmanmaraş ili Kateqoriya:Ülkü Ocaqları