thumb|upright=0.91|Bağ və tarla suvarmada istifadə edilən təzyiqli, mexaniki çiləyici
thumb|upright=0.91|Qranada, İspaniyada yerləşən Generalife Sarayının bağını bəzəyən çiləyicilər və su yolları.
Çiləyici və ya sprinkler () — suvarma, təmizləmə və vizual (dekorativ) məqsədlərlə istifadə olunan, bir xətt üzrə daxil olan suyu ətraf mühitə paylamaq üçün hazırlanmış qurğu. Onun sənaye tipli konstruksiyaları əsasən kənd təsərrüfatı sektorunda tətbiq olunur. Bağ və yaşıllıq sahələrinin abadlaşdırılmasında suvarma məqsədilə istifadəsi də geniş yayılmışdır. Çiləyicilərdən həmçinin yanğınsöndürmə, eləcə də çirkli su hövzələrinin təmizlənməsi üçün istifadə edilir. Bu qurğuların ilkin yaradılma məqsədi isə fövqəladə hallarda, xüsusilə yanğın zamanı köməkçi vasitə kimi xidmət etməsi olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sadə mexanizmlər Kateqoriya:Bağçılıq Kateqoriya:Kənd təsərrüfatı alətləri Kateqoriya:Suvarma