He Tszyankuy ( ; 1984-cü ildə , Çinin Xunan əyalətinin Loudi şəhərinin Sinxua qraflığında anadan olub) 26 noyabr 2018-ci ildə CRISPR-Cas9 metodundan istifadə edərək CCR5 geninə təsir etməklə dünyanın ilk gen redaktə edilmiş əkiz qızları Lulu və Nananın yaradılmasına kömək etdiyini açıqlayan Çin bioloqu və biofizikidir. Bu əkizlərin insanın immunçatışmazlığı virusuna qarşı immunitetlərinin olduğu düşünülür.
Tərcümeyi halı 2002-ci ildən 2006-cı ilə qədər Çin Elm və Texnologiya Universitetində təhsil almış, daha sonra Rays Universitetinə aspiranturaya daxil olmuş və 2010-cu ildə biofizika üzrə dissertasiya müdafiə etmişdir. Daha sonra Stiven Kueykin rəhbərliyi altında Stanford Universitetində təcrübə keçmişdir. 2012-ci ildə Çinə qayıdandan sonra Şençjendəki Cənub Elm və Texnologiya Universitetində laboratoriya açmış və bir neçə biotexnologiya startapını qurmuşdur.
2019-cu ilin dekabr ayında He Tszyankuy insan üzərində təcrübə qanunlarını pozduğuna və lisenziyasız tibbi prosedurlar apardığına görə 3 il həbs cəzasına məhkum edilərək 3 milyon yuan cərimə edildi.
2022-ci ilin aprelində o, azadlığa çıxaraq yenidən öz elmi fəaliyyətinə davam etməyə başladı.
7 aprel 2022-ci ildə Honkonqda yerləşən "South China Morning Post" qəzetində He Tszyankuyun Pekində nadir anadangəlmə patologiyalar üçün gen terapiyasına yönəlmiş yeni bir laboratoriya qurmağı və Pekin Nadir Xəstəliklər Tədqiqatları İnstitutu adlı qeyri-kommersiya tədqiqat təşkilatını qeydiyyatdan keçirməyi planlaşdırdığını açıqladığı bir müsahibə dərc edildi. İnsan geninin redaktə edilməsi təcrübəsi Cənub Elm və Texnologiya Universitetinin rəhbərliyi öz işçisinin təcrübələrindən xəbərsiz olduğunu və araşdırma başlatmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, əgər təcrübə aparılıbsa, universitetin bu təcrübədə hər hansı bir iştirakını inkar edən bir bəyanat da yaydılar. Onlar həmçinin He Tszyankuyun 2018-ci ilin fevral ayından bəri ödənişsiz məzuniyyətdə olduğunu, onun embrion təcrübələrinin universitet kampusunda və ya ödənişli universitet saatlarında aparılmadığını və həm universitet rəhbərliyinin, həm də biologiya kafedrasının rəhbərliyinin bu barədə məlumatlarının olmadığını bildirdilər.
Tədqiqatçıya qarşı ictimai tənqidlərdən sonra He Tszyankuyun qeyb olduğu barədə məlumatlar yayıldı.
2019-cu ilin yanvar ayında Çin hakimiyyəti Şençjendə dünyada ilk genetik modifikasiya olunmuş insanların doğulduğunu təsdiqlədi və bioloq He Tszyankuya qarşı istintaq başladıldığını bildirdi. Prosedur üçün etika komitəsindən təsdiq almaq üçün sənədlərin saxtalaşdırıldığı və tibb mərkəzi işçilərinin pasientlərə genetik modifikasiya olunmuş hüceyrələr implantasiya etdiklərini bilmədikləri müəyyən edildi. thumb| He Tszyankuy Lilu və Nana haqqında
İstinadlar
Xarici keçidlər
Rəsmi Veb Sayt/Jiankui He SUSTech-də müəllim profili He Tszyankuy slaydlar, panel müzakirələri və auditoriya sualları ilə çıxışı Genetik redaktə edilmiş insanlar
Kateqoriya:Stenford Universitetinin məzunları Kateqoriya:Rays Universitetinin məzunları Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:1984-cü ildə doğulanlar Kateqoriya:Çin alimləri