thumb|right=0.91|Muzey binasının çöl divarında yer alan günəş saatı (Fevral 2009) Rəhmi Koç Muzeyi İstanbulun Hasköy səmtində, Qızılbuynuz (Haliç) sahilində yerləşən sənaye muzeyidir. 1994-cü ildə iş adamı Rəhmi Koçun dəstəyi ilə açılmış bu muzey, Türkiyədə sənaye, nəqliyyat, istehsal və rabitə tarixinə həsr olunmuş ilk mühüm muzeydir.
Muzeydə tez-tez müxtəlif tədbirlər, konsertlər və xüsusi sərgilər təşkil olunur. Bunlardan biri 2006-cı ilin sonunda açılmış "Leonardo: Universal Dahi Sərgisi" adlanan, Leonardo da Vinçinin çəkdiyi rəsmlər əsasında hazırlanmış maşın nümunələrinin sərgisidir.
Muzeyin 2005-ci ildə Ankarada və 2014-cü ildə Cundada fəaliyyətə başlayan daha iki filialı da mövcuddur.
Bölmələr Muzey Ləngərxana, Tərsanə və açıq hava sərgi sahəsi olmaqla üç əsas bölmədən ibarətdir. Muzeydə həmçinin zeytun yağı fabriki və ənənəvi dükanlar da mövcuddur.
Ləngərxana Lengerhane gəmiçilikdə dənizə atılan zəncirin və onun ucundakı lövbərin (çapanın) istehsal edildiyi yer mənasında işlədilir. Osmanlı dövrünə aid və İstanbulda ən tanınmış Lengerhanelərdən biri olan Hasköydəki bina 1996-cı ildən etibarən muzeyin bölmələrindən birini təşkil edir. Bu bina XII əsrə aid bir Bizans imperiyası tikilisinin təməli üzərində XVIII əsrdə, III Əhməd dövründə inşa edilmişdir. III Səlim zamanında bərpa olunmuş, Respublikanın qurulmasından sonra isə Cibali Tütün Fabrikinə çevrilmişdir. Binanın dam örtüyü 1990-cı ildə baş vermiş yanğın zamanı ciddi zərər görmüşdür. 22 avqust 1996-cı ilədək, "Rahmi M. Koç Muzeyi və Mədəniyyət Fondu" tərəfindən satın alınana qədər bina tərk edilmiş vəziyyətdə qalmışdır. thumb|right=1.14|sağ|Muzeyin Qızılbuynuz (Haliç) sahilindən görünüşü, sağ tərəfdə Hasköy İskelesi, sol tərəfdə isə irəlidə Qızılbuynuz körpüsü yerləşir. (Fevral 2013) Bu bölmədəki ən diqqətçəkən eksponatlardan bəziləri Boğaziçi Universitetinin Kandilli Rəsədxanasına aid tədqiqat alət və cihazlarıdır. Bundan əlavə, təyyarələr, lokomotivlər, tarixi nəqliyyat vasitələri, oyuncaqlar və modellər, mətbəə maşınları, rabitə vasitələri də burada nümayiş etdirilir. Ləngərxana binasının yanında isə əsasən Fransa mətbəxinə üstünlük verən "Café du Levant" adlı restoran yerləşir.
Təmirxana Hazırda Rahmi M. Koç Muzeyinin sərgi sahəsi kimi istifadə olunan tersanələr 1861-ci ildə Şirkət-i Xeyriyyə (indiki İDO) tərəfindən gəmilərin texniki baxışı və təmiri məqsədilə inşa edilmişdir. Tersanə muzey üçün satın alındığı zaman 14 binadan, bir dülgər emalatxanasından və gəmi buraxma körpülərindən (kızaklardan) ibarət idi.
Bu bölmədə nümayiş etdirilən eksponatlar arasında dənizçilik kolleksiyası, kompüter tarixinə aid əşyalar, motosikletlər və velosipedlər, at arabaları, kağnılar, klassik avtomobillər, relsli nəqliyyat vasitələri, kənd təsərrüfatı ilə bağlı obyektlər, zeytun yağı fabriki və sualtı kolleksiyası yer alır. Həmçinin Rəhmi Koç qalereyası da bu bölmədə mövcuddur.
Çöl məkan sərgi yeri Qızılbuynuz (Haliç) sahilində yerləşən ön həyətdə tədbirlər təşkil edilməklə yanaşı, bir Douglas DC-3 təyyarəsi, TCG Uluçalireis sualtı gəmisi, Vernicos Irini buxar tərzi römorkor və sənaye arxeologiyası nümunələri də sərgilənir. Həmçinin burada 130 nəfərlik konfrans zalı, çarşı və gəmi ilə tekne mühərrikləri də mövcuddur.
TCG Uluçalireis sualtı gəmisi 2023-cü ildə texniki baxış və təmir məqsədilə Gölcük Tersanəsinə aparılmışdır. 2024-cü il etibarilə isə sualtı gəmisi İstanbuldakı Rahmi M. Koç Muzeyindən daimi olaraq ayrılmış, Çanaqqalaya köçürülmüş və Çanaqqala Dəniz Muzeyində, Nusret Mayın Gəmisinin yanında muzey eksponatı kimi ziyarətə açılmışdır. Yəni, artıq Rahmi M. Koç Muzeyində sualtı gəmi sərgilənmir.
Muzey kolleksiyası thumb|right=1.14|TCG Uluçalirəis Dənizaltısı, (Rəhmi Koç Muzeyi, Haliç) Sənaye və nəqliyyat sahələrini əhatə edən, minlərlə önəmli eksponatdan ibarət muzey kolleksiyasının başlıca önəmli nümunələri bunlardır:
Dənizçilik "Maid of Honour" amiral gəmisi (1927) "Liman 2" römorkoru (1936) "Vernicos İrini" xilasetmə römorkoru (1944) "M/V Fenerbahçe" gəmisi (1952) Sadun Boronun "Kısmet" adlı təknəsi (1964) Osman Atasoyun "Uzaklar" adlı təknəsi (1990) "Gonca" buxar gəmisi Tekel 15 Takalar thumb|right=0.93|Hadley’s Harem II Dünya Müharibəsi dövründə ABŞ tərəfindən istehsal edilmiş dörd mühərrikli, uzun mənzilli ağır bombardman təyyarəsidir. Hava nəqliyyatı "Douglas DC-3 Dakota" təyyarəsi "De Havilland Vampire FB Mk 6" təyyarəsi "HFB-320 Hansa Jet ‘TC-LEY’ Hamburger Flugzeugbau" təyyarəsi "Dornier Do 28 D-2 Skyservant" təyyarəsi "B-24 Liberator" təyyarəsi "Bell Cobra AH 1S" təyyarəsi "Jet Provost" təyyarəsi "F-104 Starfighter" təyyarəsi "Hadley’s Harem B-24 D Liberator"
Maşınlar "Aral" dizel mühərriki "I.& E. Greenwald" buxar maşını Boğaziçi gəmisi "Kalender"in mühərriki Pompa mühərriki "Ruston" üfüqi qaz mühərriki
Əlaqə Vasitələri "Bauer Selection II" kinomatoqraf maşını "Grammont" telefon Edison telqrafı Edison Standart Fonoqraf Zoetrop Diktafon
Dəmir Yolu Nəqliyyatı Sultan Əbdüləzizin taxtlı vaqonu
Tünel vaqonu və mühərriki
Kadıköy-Moda tramvayı
Mototren "La Littorina"
G10 lokomotivi və tenderi
Atlı tramvay thumb|right=1.08|2009-cu il model ONUK Sazan LM. Klassik avtomobillər Ford Model T 1933 Model Buick 66C 1938 Lincoln Zephyr Kupe Messerschmitt MGA 1955 Cadillac Super 62 de Ville Hardtop Kupe 1965 Rolls Royce Silver Cloud III 1962 Morris Mini Cooper Anadol A1 1956 BMW Isetta 300 1966 Jaguar S Type Fittipaldi F8 Yarış Avtomobili Albion A10 Röntgen Avtomobili Magirus Yanğın Söndürmə Avtomobili 2023-cü ildə Atatürkün Çanaqqala Cəbhəsində istifadə etdiyi və üzərində fotosu olan Fiat Zero avtomobilinin eyni modelinin İtaliyadakı son nüsxəsi Torino şəhərindən gətirilərək muzeydə sərgilənməyə başladı.
Qalereya
Həmçinin bax Çengelhan Rəhmi Koç muzeyi
İstinadlar
Xarici keçidlər Rahmi M. Koç Müzesi ana sayfa
Kateqoriya:Türkiyədə turizm Kateqoriya:Qoç ailəsi Kateqoriya:1994-cü ildə yaradılmış muzeylər Kateqoriya:İstanbul muzeyləri