Murad Ceykob "Cek" Kevorkyan (; ; ) — ermənimənşəli ABŞ patoloq-anatom həkimi, qan köçürməsi sahəsində tədqiqatçı və evtanaziyanın populyarlaşdırıcısı.
O, sağalmaz xəstənin həkim yardımı ilə intihar etmək hüququnu açıq şəkildə müdafiə etmişdir. Bu, onun sitatında öz əksini tapmışdır: "Ölüm cinayət deyil". Kevorkyan ən azı 130 xəstəyə evtanaziya etməkdə kömək etdiyini bildirmişdir. 1999-cu ildə qətlə görə məhkum olunmuş və kütləvi informasiya vasitələrində tez-tez "Doktor Cek", "Ölüm doktoru", "İntihar doktoru" ləqəbləri ilə təsvir olunmuşdur.
Erkən illəri
Kevorkyan 26 may 1928-ci ildə Miçiqan ştatının Pontiak şəhərində indiki Türkiyə ərazisindən olan erməni mühacirlər ailəsində anadan olmuşdur. Atası Levon (1887–1960) Ərzurum yaxınlığındakı Pasinler kəndində, anası Sateniq (1900–1968) isə Sivas yaxınlığındakı Qovdun kəndində doğulmuşdur. Atası Osmanlı imperiyasınl 1912-ci ildə tərk etmişdir. O, Pontiaka çatmış və avtomobil tökmə zavodunda işə düzəlmişdir. Sateniq 1915-ci ildə Erməni soyqırımından qaçaraq Parisdə qohumlarının yanına sığınmış və nəhayət, qardaşı ilə Pontiakda birləşmişdir. Levon və Sateniq şəhərlərinin erməni icmasında tanış olmuş, evlənmişdir. 1926-cı ildə cütlüyün Marqaret adlı qızı, sonra Murad və üçüncü, sonuncu övlad Flora anadan olmuşdur.
Kevorkyan uşaq ikən valideynləri onu həftəlik kilsəyə aparırdılar. O, "hər şeyi bilən tanrının Erməni soyqırımının qarşısını ala biləcəyinə inanmadığı" üçün tanrının varlığına şübhə etməyə başlamışdır. 12 yaşına çatdıqda kilsəyə getməyi dayandırmışdır. Kevorkyan uşaqlıqda alman, rus, yunan və yapon dillərini öyrənmişdir. Buna görə də tez-tez həmyaşıdlarından təcrid olunmuşdur. Kevorkyan 1945-ci ildə 17 yaşında Pontiak Mərkəzi Orta Məktəbini fərqlənmə ilə bitirmişdir. 1952-ci ildə Miçiqan Universitetinin Ann-Arbor tibb məktəbini bitirmişdir.
Kevorkyan anatomik və kliniki patologiya üzrə ordinatura keçmiş və müəyyən müddət qan köçürməsi sahəsində tədqiqatlarla məşğul olmuşdur.
İstinadlar
Kateqoriya:ABŞ erməniləri Kateqoriya:ABŞ həkimləri Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Koreya müharibəsi iştirakçıları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ ateistləri