Niyazi Berkes () — türkəsilli Kipr sosioloqu.
Erkən həyatı
Niyazi Berkes 21 sentyabr 1908-ci ildə Kiprin paytaxtı Nikosiyada, Türkiyədə Gənc türklər inqilabından qısa müddət sonra anadan olmuşdur.İletişim Publishing. “The biography of Niyazi Berkes” Retrieved 9 November 2011, (In Turkish)Feroz Berkes, The Development of Secularism in Turkey, p.xv. Onun Ənvər adlı əkiz qardaşı var idi. Onlar inqilabın iki aparıcı fiquru olan Ənvər Paşa və Əhməd Niyazi beyin şərəfinə adlandırılmışdılar.
Niyazi orta təhsilinə Nikosiyada başlamışdır. Təhsili dövründə sonradan İstanbula getmiş və 1928-ci ildə İstanbul Oğlan Liseyindən məzun olmuşdur. Universitet illərinə hüquq fakültəsində başlamış, lakin daha geniş intellektual məşğuliyyət ümidi ilə fəlsəfəyə keçmişdir. 1931-ci ildə İstanbul Universitetinin fəlsəfə bölməsini bitirmişdir.Berkes, Türkiye'de Çağdaşlaşma, p.1.
Karyerası
Məzuniyyətdən sonra Berkes universitetlərdə və Təhsil Nazirliyində himayəçisi olmadığı üçün dərhal professorluq tapa bilməmişdir. Dostunun tövsiyəsi ilə Ankarada yerləşən Xalq Evində vəzifəyə müraciət etmişdir. Orada o dövrdə yeni Türkiyənin quruluşu ilə bağlı geniş intellektual müzakirələrə imkan verən kamalizm ideologiyası ilə tanış olmuşdur.
1935-ci ildə eyni fakültədə assistent olmuşdur. Həmin il ABŞ-yə getmiş və 1939-cu ilədək Çikaqo Universitetində sosiologiya təhsili almışdır. 1939-cu ildə Türkiyəyə qayıtmış və sosiologiya dosenti kimi yeni açılmış Fəlsəfə Bölməsində Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsinə qoşulmuşdur.Berkes, Feroz, The Development of Secularism in Turkey, p. XXIII. Orada 1945-ci ilədək çalışmışdır. 1952-ci ildə Kanadada yerləşən MakGill Universitetinin İslam Araşdırmaları İnstitutunda qonaq professor təyin olunmuşdur.Berkes, Feroz, The Development of Secularism in Turkey, p.XVI. 1956-cı ildə eyni universitetdə professor olmuşdur. 1975-ci ildə MakGill Universitetindən təqaüdə çıxmış və İngiltərəyə köçmüşdür. Təqaüdə çıxdıqdan sonra kitab yazmamış, lakin Türkiyə mətbuatı üçün yazmağa davam etmişdir.Berkes, Feroz, The Development of Secularism in Turkey, p.XXX. 18 dekabr 1988-ci ildə İngiltərənin Hayt şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə sosioloqları Kateqoriya:Ankara Universitetinin müəllimləri