Con Karren (; ) — Nyu-York şəhərində yaşayan amerikalı rəssamdır. O, mübahisəli cinsi və ictimai mövzuları araşdıran texniki cəhətdən bacarıqlı satirik fiqurativ rəsmləri ilə daha çox tanınır. Onun əsərləri İntibah dövrü, populyar mədəniyyət jurnalları və müasir moda modelləri kimi müxtəlif mənbələr də daxil olmaqla geniş təsir dairəsini göstərir. O, tez-tez qadın bədəninin erotik formalarını təhrif edir və ya şişirdir və personajlarının real insanlardan ilhamlanmaq əvəzinə, özünün əks olunması olduğunu vurğulayır.

Erkən həyatı

Karren Kolorado ştatının Boulder şəhərində anadan olub və Konnektikutda Oklahoma ştatından olan fizika professoru və fortepiano müəlliminin ailəsində böyüyüb. Konnektikutda yeniyetməlik illərində Ukraynanın Odessa şəhərindən olan tanınmış və ənənəvi təhsil almış rəssam Lev Mejberqdən fərdi olaraq rəsm təhsili alıb. O, Pittsburqdakı Karnegi Mellon Universitetinə daxil olub və orada 1984-cü ildə bakalavr dərəcəsi, 1986-cı ildə isə Yel Universitetindən magistr dərəcəsi alıb.

İstinadlar

Xarici keçidlər John Currin, Sadie Coles HQ, frieze.com Gagosian Gallery: John Currin Comment on BBC

Kateqoriya:1962-ci ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:XX əsr rəssamları Kateqoriya:XXI əsr rəssamları Kateqoriya:ABŞ rəssamları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:XXI əsr ABŞ rəssamları Kateqoriya:XX əsr ABŞ rəssamları