Şamaxı Dairy Farm və ya Kürdəmir Süd Emalı Zavodu — Azərsun Holdinqin tərkibində fəaliyyət göstərən, heyvandarlıq və süd məhsullarının istehsalı üzrə ixtisaslaşmış müasir kənd təsərrüfatı-sənaye kompleksi.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Müasir avadanlıqlarla təchiz olunmuş müəssisə "Azərsun Holdinq" tərəfindən Kürdəmir rayonunda 10 hektar ərazidə inşa edilib.
Zavodun istehsal gücü sutkada 250 ton südün emalını həyata keçirməyə imkan verir. Müəssisənin illik istehsal gücü 90 000 ton, illik faktiki süd emalı 20 000 tondur. Kürdəmir rayonunda 500 başlıq və Hacıqabul rayonu Padarçöl ərazisində isə 2000 başlıq südlük heyvandarlıq ferması və aqrokompleks yaradılmışdır.
Müasir standartlara uyğun səviyyədə qurulmuş heyvandarlıq komplekslərində əldə edilən süddən Süd Emalı Zavodunda insan əli dəymədən müxtəlif çeşidlərdə süd məhsullarının istehsalı həyata keçirilir.
Fabrikdə "AzərSüd", "Yurdum", "Kulinarka", "Luga", "Zoluşka", "Bizim Aşpaz", "Sun", "Bizim Süd", "Gülüm" markaları adı altında müxtəlif yağlılıqda və çeşiddə UHT süd, qaymaq, xama, kəsmik və qatıq çeşidləri, müxtəlif pendir çeşidləri, qatılaşdırılmış süd, ənənəvi kərə yağı, ayran və kefir istehsal edilir.
Zavod süd emalı sənayesində dünyanın qabaqcıl texnoloji avadanlıq istehsalçılarındam olan Almaniya, İtaliya və İsveç firmalarının istehsal etdiyi müasir avadanlıqlar ilə təchiz edilib. Bu isə təbii olaraq müəssisəyə dünyanın qabaqcıl süd məhsulları istehsalçıları ilə keyfiyyət üzrə rəqabət aparmağa imkan yaradır.
Müəssisənin istehsal etdiyi məhsullar müxtəlif yerli və xarici mükafat və diplomlara layiq görülüb, bir sıra sərgi və müsabiqələrin qalibi olub.
Həmçinin bax
Bakı Qida və Yağ Fabriki Qafqaz Konserv Zavodu
İstinadlar
Mənbə
Xarici keçidlər
AzərSüd Kürdəmir Süd Emalı Zavodu — Facebook səhifəsi