Musa Alı oğlu Əzimov (20 dekabr 1914, Dağ Kəsəmən, Qazax rayonu – 25 iyun 1992, Bakı) — Azərbaycanlı riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, dosent.

Həyatı və Fəaliyyəti Musa Əzimov 20 dekabr 1914-cü ildə Qazax rayonunun Dağ-Kəsəmən kəndində anadan olmuşdur. 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1937-ci ildə həmin fakültəni I dərəcəli diplomla bitirərək riyaziyyatçı və riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir.

1935–1937-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Riyaziyyat” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır. 1938-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, eyni zamanda həmin universitetin “Diferensial tənliklər” kafedrasında assistent kimi fəaliyyət göstərmişdir.

Musa Əzimov 1946-cı ildə Azərbaycan Dövlət Universitetində riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində “Bir sıra xətti diferensial tənliklər sistemi üçün Koşi məsələsi haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 26 mart 1949-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

28 yanvar 1950-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə “Riyazi analiz” kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 1974-cü ildə “Bir sıra elastiklik nəzəriyyəsinin məsələləri üçün əks olunma üsulunun tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

Əmək fəaliyyəti Musa Əzimov müxtəlif illərdə aşağıdakı vəzifələrdə çalışmışdır: 1946–1950 — Azərbaycan Dövlət Universitetində müəllim, dosent və kafedra müdiri 1950–1957 — H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda “Riyazi analiz” kafedrasının dosenti və müdiri 1957–1959 — H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri 1959–1963 — V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda “Riyazi analiz” kafedrasının müdiri 1963–1976 — RDYNMİ-nin Bakı filialında dosent 1976–1977 — Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi 1977-ci ildən — Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dosent

Elmi irsi Musa Əzimov 40-dan çox elmi məqalənin və dərs vəsaitinin müəllifidir. Onun elmi araşdırmaları əsasən riyazi analiz, diferensial tənliklər və elastiklik nəzəriyyəsinə həsr olunmuşdur.

Təltifləri Musa Əzimov aşağıdakı orden və medallarla təltif edilmişdir: I dərəcəli “Vətən müharibəsi” ordeni “Qırmızı ulduz” ordeni “Qafqaz uğrunda” medalı “Budapeşt uğrunda” medalı “Vyana uğrunda” medalı “Cəsurluğa görə” medalı

Vəfatı Musa Əzimov 25 iyun 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mənbə Azərbaycan riyaziyyatçıları : Musa Əzimov - Riyaziyyat və Mexanika İnstitutu