Zen yoqa — Yoqa və Zen təlimlərinin birləşməsindən ibarət olan, bir sıra müasir müəllimlər tərəfindən tədris edilən yoqa növüdür.
Aaron Hoopes müxtəlif Şərq sağlamlıq və fiziki inkişaf fəlsəfələrini bir araya gətirərək, daha az atletik və fiziki cəhətdən zəif olan insanlar üçün də əlçatan bir yoqa forması yaratmışdır. Bu yoqa növündə yoqa, qigong və tay-çi fəlsəfələri birləşdirilərək bədənin elastikliyinin artırılması, nəfəsin axınının yaxşılaşdırılması və oynaqların açılması məqsədi güdülür. Zen fəlsəfəsi isə indiki anın fərqində olmaq və şüurlu diqqət (mindfulness) vasitəsilə tətbiq olunur. Zen Yoqa-nın əsas prinsipi ondan ibarətdir ki, sadə nəfəs alma, hərəkət və dartınma məşqləri yaşından, fiziki vəziyyətindən və sağlamlıq durumundan asılı olmayaraq hər kəs üçün uyğundur.
Yapon ustası Oki Masahiro (1921–1985) tərəfindən yaradılmış Oki-do yoqa da Zen Yoqa adı ilə tanınır. Bu sistem “Hind yoqası, Çin Yin-Yang prinsipləri və Yapon Zen ənənəsi” əsasında formalaşdırılmışdır. Şinzan Miyamae tərəfindən yaradılmış və Rinzai Zen məktəbinə bağlı olan Zenway Sangha adlı dünyəvi təşkilat da təlimlərində yoqa praktikasını tətbiq edir.Open Way Zen Brisbane, Zen Master Hogen-San
Zenway müəllimi Julian Skinner-in sözlərinə görə, ümumilikdə Zen təlimləri və xüsusilə Zen Yoqa üç əsas sahəni ön plana çıxarır: — bədənin düzgün duruşu, — bədəndə enerjinin axını, — şüurlu diqqət və fərqindəlik (yaponca “nen” 念).
Xorvatiyada Žarko Andričević və onun baş tələbələri tərəfindən yaradılmış Zenyoga assosiasiyası da Zen və yoqa təlimlərinin birləşməsini təqdim edir. Bu assosiasiyanın Sloveniya (Celje), Almaniya (Berlin) və ABŞ-də (Cape Cod) beynəlxalq tərəfdaş qrupları fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər
Zen yoga EnWikipediada Zenways School ZenYoga Studio, London Zen Yoga Studio, Berlin Okido Yoga UK Zen Yoga Training Videos Eight-Form Moving Meditation
Kateqoriya:Zen Kateqoriya:Müasir yoqa cərəyanları Kateqoriya:Yoqa növləri