Cücanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Axınca çayının sahilində Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Cucanbəyli olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Tovuz r-nundakı Əlibəyli kəndindən köçüb gəlmiş Cücənbəy adlı şəxs salmış və kənd də onun adı ilə adlandırılmışdır. 1917-ci ildə bu kənd Cüncübəy şəklində qeydə alınmışdır. Oykonim çaçanlı və ya cancanlı etnonimi ilə də bağlı ola bilər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 144 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri