Corcio Bassani (; ) — XX əsr İtalyan yazıçısı və şairi. Onun əsərləri, həm İtaliyanın tarixini, həm də şəxsi həyatını, xüsusən də İtaliya və Avropadakı yəhudilərin həyatını əks etdirir. Bassaninin yazıları, müharibə, sürgün, yəhudi mədəniyyəti, sosial siniflər və tənhalıq kimi mövzuları təhlil edərək cəmiyyətin müxtəlif təbəqələrindəki gərginlikləri və psixoloji vəziyyətləri dərindən araşdırır. Həyatı Corcio Bassani 4 mart 1916-cı ildə Bolonyada yəhudi ailəsində anadan olub. Uşaqlığını və yeniyetməliyini anası Dora, həkim atası Enriko, qardaşı Paolo və bacısı Genni ilə birlikdə Ferrarada keçirib. Ferrara gələcək yazıçının inkişafına həlledici təsir göstərib.Tomasi di Lampedusa Giuseppe: Il Gattopardo
O, Bolonya Universitetini filologiya üzrə bitirib. 1940-cı illərdə antifaşist fəaliyyətlərə rəhbərlik edib və buna görə həbs olunub, daha sonra Müqavimət hərəkatında iştirak edib.
O, böyük nəşriyyatlar və jurnallarla əməkdaşlıq edib. Yazıçının onlarla nəşri olan "Finzi-Kontinis bağı" (1962) romanı əsasında çəkilmiş film 1971-ci ildə "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar mükafatına və həmin il Berlin Film Festivalında "Qızıl ayı" mükafatına layiq görülüb. Corcio Bassaninin digər iki əsəri də ekran üçün uyğunlaşdırılıb, "Beş Ferrara Hekayəsi" (La lunga notte del '43 - "43-cü ildə uzun gecə", 1960) qısa hekayə kitabı və "Qızıl çərçivəli eynəklər" (Gli occhiali d'oro, 1987). "Beş Ferrara Hekayəsi" (1956) Streqa mükafatına, "Finzi-Kontinis bağı" (1962) romanı isə "Viareccio" mükafatına layiq görülüb.
O, uzun sürən xəstəlikdən sonra 13 aprel 2000-ci ildə Romada vəfat edib; Ferraradakı yəhudi qəbiristanlığında dəfn olunub. İstinadlar
Ədəbiyyat Guia Risari, The Document within the Walls. The Romance of Bassani, Troubador Publishing, Leics, I. ed. 1999, II ed. 2004, Alessandro Giardino, Giorgio Bassani. Percorsi dello sguardo nelle arti visive,Fernandel, 2011 Giorgio Pozzi Editore, 2013 Paola Polito, L'officina dell'ineffabile. Ripetizione, memoria e non detto in Giorgio Bassani, Giorgio Pozzi Editore, 2014 Giorgio Bassani, Lezioni americane di Giorgio Bassani, a cura di Valerio Cappozzo, Ravenna, Giorgio Pozzi Editore, 2016 www.italialibri.net :: Il romanzo di Ferrara – Bassani Poscritto a Giorgio Bassani. Saggi in Memoria del Decimo Anniversario della Morte [Postscriptum: Critical Essays on Giorgio Bassani in Memory of the Tenth Anniversary of his Death], R. Antognini e R. Diaconescu Blumenfeld (edd.), LED Edizioni Universitarie, Milano 2012, Massimo Colella, «Tutti i versi da me scritti fino ad oggi». Il primo tempo della poesia di Giorgio Bassani, in «Rassegna europea di letteratura italiana», 51–52, 2018, pp. 169–194. Massimo Colella, Fisionomia di una raccolta poetica dimenticata: 'L’alba ai vetri' di Giorgio Bassani (1963), in «Quaderni d’Italianistica» (Toronto), 40, 2, 2019, pp. 83–112.
Xarici keçidlər
Jonathan Keates, 2000, Giorgio Bassani, obituary for The Guardian cronologia.leonardo.it :: Giorgio Bassani
Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:İtaliya şəxsləri